Mixail Tolstıx

Mixail Sergeyeviç Tolstıx (rus. Михаил Сергеевич Толстых; 19 iyul 19808 fevral 2017[1], Makeevka, Donetsk vilayəti[2]) — Separatist Donetsk Xalq Respublikasına bağlı Somali batalyonunun komandiri, Donbass müharibəsinin aktiv iştirakçısı.[3]

Mixail Tolstıx
rus. Михаил Сергеевич Толстых
Şəxsi məlumatlar
Ləqəbi Givi
Doğum tarixi
Doğum yeri İlovaisk, Ukrayna SSR
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Donetsk, Ukrayna
Vətəndaşlığı Ukrayna Ukrayna
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ukrayna (1998-2000)
DXR (2014-2017)
Qoşun növü Ukrayna Quru Qoşunları
Donbass separatçıları
Hərbi hissə Somali batalyonu
Xidmət illəri 1998–2000 və 2014–2017
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər Donbass müharibəsi
Təltifləri Donetsk Xalq Respublikasının Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mətbuata verdiyi açıqlamalarında daha çox Givi (rus. Ги́ви) kimi tanınmışdır. Tolstıx 1980-cı ildə Ukrayna Sovet Sosialist Respublikasının Donetsk vilayətinə bağlı İlovaisk şəhərində andan olmuşdur. 1998–2000-ci illərdə Ukrayna ordusunda xidmət keçməzdən əvvəl fabrikdə fəhlə və supermarketdə mühafizəçi kimi çalışdığı məlumdur.[4][5] Müsahibələrinin birində ulu babasının etnik gürcü olduğunu bildirmişdir.[6]

İlovaisk şəhərində döyüşlərin başlaması ilə Ukraynanın şərqindəki separatist hərəkata qoşulmuşdur.[7] 2014-cü ilin sentyabr ayında Donetsk Hava Limanına nəzarət uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Somali batalyonu ilə birgə qatılmışdır.[8] Adı 2015-ci ilin 15 fevral tarixində adı Avropa Komissiyasının sanksiyalı şəxslər siyahısına salınıb.[9] Əsir götürülmüş Ukrayna ordusunun zabit və əsgərlərinə qarşı qəddarlığı ilə məşhurlaşmış Tolstıx 2017-ci ilin 8 fevral tarixində səhər saatlarında öz kabinetində sui-qəsd nəticəsində qətlə yetirilib.[10]

2015-ci ilin yanvar ayına aid olduğu bildirilən və Donetsk Hava Limanı uğrunda aparılan döyüşlərdən sonra çəkilmiş video kadrlarda Tolstıxın Ukrayna ordusunun zabit və əsgərlərinə qarşı amansız davaranışlar sərgilədiyi əks olunmuşdur. Hərbi əsirlərin təhqir olunması, formalarının çırılması və fiziki işgəncələrə məruz qalmaları kameraların gözü qarşısında baş verir. Ukrayna tərəfi yayılan video görüntülərin 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul edilmiş Cenevrə konvensiyalarına zidd olduğunu açıqlamış və prosesin araşdırılması üçün hüquqi addımların atılacağını bəyan etmişdir.[11]

İstinadlar

  1. Mikhail Tolstykh // https://pantheon.world/profile/person/Mikhail_Tolstykh.
  2. Убийство Гиви: как погиб один из лидеров ДНР (rus.). РБК, 2017.
  3. "In Ukraine, Civilians in Crossfire". New York Times. 26 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  4. "Interview with NAF commander Givi about his personal life". YouTube. 24 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  5. "[eng subs] Givi gives his number! Interview by Graham Phillips". YouTube. 20 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2014.
  6. "Donbass fighter Givi addressing to Georgians [GEO]". 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2015.
  7. "Pro-Russian rebels take Ukrainian town". CNN. 2 September 2014. 7 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 September 2014. (#invalid_param_val)
  8. "Rebel commander wages fight to the death for east Ukraine airport". Yahoo News. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2014.
  9. "Council Decision (CFSP) 2015/241 of 9 February 2015 amending Decision 2014/145/CFSP concerning restrictive measures in respect of actions undermining or threatening the territorial integrity, sovereignty and independence of Ukraine". EUR-Lex. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2015.
  10. Inc., TV Rain,. "В ДНР погиб командир батальона «Сомали» Гиви". tvrain.ru. 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-08.
  11. Kates, Glenn; Removska, Olena. "Disturbing Videos Raise War-Crimes Concerns In Ukraine". Radio Free Europe Radio Liberty. January 28, 2015. September 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.