Mixail Semevski
Mixail Semevski (rus. Михаи́л Ива́нович Семе́вский; 4 (16) yanvar 1837, Fedortsevo[d], Velikolukski qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 9 (21) mart 1892, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d][1]) — Semevskilər zadəgan ailəsindən olan rus tarixçisi, jurnalist və ictimai xadim. Məxfi müşavir rütbəsini qazanmışdır.
Mixail Semevski | |||
---|---|---|---|
rus. Михаи́л Ива́нович Семе́вский | |||
Doğum tarixi | 4 (16) yanvar 1837 | ||
Doğum yeri |
|
||
Vəfat tarixi | 9 (21) mart 1892 (55 yaşında) | ||
Vəfat yeri |
|
||
Dəfn yeri |
|
||
Vətəndaşlığı | |||
Təhsili | |||
Fəaliyyəti | tarixçi, redaktor, ictimai xadim. | ||
Əsərlərinin dili | rus | ||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Vəzifələr və sosial fəaliyyətləri
1855-ci ildə Konstantinov kadet korpusunu bitirmişdi. 1861-ci ilə qədər hərbi xidmətdə idi (Pavlov leyb-qvardiya alayında zabit kimi xidmət etdi), 1857-ci ildə 1-ci kadet korpusunda repetitor vəzifəsinə girdi. 1861—1862-ci illərdə Smolni nəcib qızlar institutunda dərs demişdir. Daha sonra, kəndlərdə şərait quruluşu üzrə dövlət dəftərxanasında baş komitədə işləmişdir.
Peterburq şəhər rəhbərliyinin üzvü idi. 1877-ci ildən bəri, Sankt-Peterburq Şəhər Şurasında çalışmışdır və 1883-1885-ci illərdə bələdiyyə başçısının yoldaşı statusunu almışdır. O, işlərinin çoxunu üzvü olduğu şəhər məktəb komissiyasına həsr etdi.
1877-ci ildə o, Həqiqi mülki müşaviri adını qazandı, 1882-də isə məxfi müşavirinə qaldırıldı.
1892-ci ildə vəfat etdi, Sankt-Peterburqdakı Novodeviçi qəbiristanlığında dəfn edildi.[2]
Erkən tarixi əsərləri
1855-1856-cı illərdə Moskva yazıçılarının mühitinə düşən və universitetdə mühazirələr dinləyən Semevski tarixçi kimi 19 yaşında nəşr olunmağa başladı. Onun maraq dairəsi XVIII-XIX əsrin birinci yarısının tarixi, saray çevrilişləri, Pyotr dövrünün siyasi araşdırmaları, XVIII əsrin dövlət xadimlərinin tərcümeyi-hallarından ibarət idi. Onun ilk çap işi "Moskvityanin" junralında (1856-cı il, № 12) dərc edilən "Griboedovlar ailəsi haqqında" adlı məqalə idi; növbəti ildə o, "Velikiye Luki və Velikolutsk qəzası" adlı tarixi və etnoqrafiya tədqiqatını (Sankt-Peterburq, əsər Nikolay Dobrolyubov tərəfindən istehza ilə tənqid olunmuşdur) nəşr etdi. "Çariça Praskovya" ("Vremya" jurnalı 1861, № 2 — 5), "Söz və əməl" adlı Pyotrın dövrünün siyasi nəticələrinə dair silsilə esselər ("Svetoç" jurnalı, 1861-ci il; "İllüstrasiya" jurnalı 1862-ci il, 1880-ci illərdə ayrı nəşr ilə dərc olunmuşdur), "İmperator I Yekaterina və Mons ailəsi", "Çar Alekseyin tərəfdarları", çariça Y.F. Lopuxinanın həyatı, "Freylin Hamilton" adlı əsərlər onun sonrakı nəşrlərin ən əhəmiyyətlilərindən oldular. Məhz Semevskinin (Pyotra hörmətli münasibət bəsləyən, lakin şəxsiyyəti və siyasətinin qaranlıq tərəflərini gizlətməyən) nəşrlərindən əhəmiyyətli dərəcədə təsirlənən hökumət bir ara Pyotrdan sonrakı dövrdəki tarixi materialların yayımlanmasını qadağan etdi.
Senzuranın olduğu dövürdə, Semevskinin bir sıra siyasi cəhətdən həssas olan materialları Londonda yerləşən Aleksandr Qertsenə məxsus Azad Rus Mətbəəsində nəşr olunurdu.
"Russkaya Starina"
Əsasən 18-ci əsrə həsr olunmuş "Russkaya Starina" adlı böyük tarix jurnalının nəşriyyatçısı olaraq (1870-ci ildən ömrünün sonunadək) Semevski rus elmində və mədəniyyətində əhəmiyyətli rol oynamışdır. Tutduğu vəzifə səbəblərinə görə Semevski 1877-ci ilə qədər jurnalın rəsmi redaktoru kimi fəaliyyət göstərmırdi, onun yerinə bunu qohumu Vasili Arsyenyeviç Semevski edirdi, halbuki əslində o, jurnalın tam və müstəqil sahibi idi. Mixail Semevski təkcə öz materialları ilə bu işdə yaxından iştirak etmirdi, həm də özəl arxivlərdə maraqlı sənədlərin axtarışını təşviq edirdi, həmçinin köhnə dövrlərdə yaşamışlardan xatirələrini yazmağı tövsiyə edirdi. Arxeoqrafiya Komissiyasının üzvü və Arxeoloji İnstitutun fəxri üzvü idi. Elmi məqsədlərlə Rusiya boyunca səyahətlər edirdi, Saratov vilayətində knyaz Kurakinin XVIII əsrin tarixinə aid əhəmiyyətli sənədləri olan zəngin ailə arxivini araşdırmışdır. Semevskinin bu arxivlə tanışlığının nəticəsində knyaz F.A. Kurakin "Knyaz Kurakinin arxivi" adlı nəşri buraxmağa başladı, ilk cildlər Semevski tərəfindən redaktə edilmişdir. Kurakinin arxivində aşkar edilmiş yeni materiallardan əsasən Böyük Pyotrun tarixinə aid məlumatları Semevski 1890-1891-ci illərdə bir sıra ictimai mühazirələrdə təqdim etmişdir.
İstinadlar
- Семевский Михаил Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Могила на плане Новодевичьего кладбища (№ 68) // Отдел IV // Весь Петербург на 1914 год, адресная и справочная книга г. С.-Петербурга. СПб.: Товарищество А. С. Суворина – «Новое время». Ред. А. П. Шашковский. 1914. ISBN 5-94030-052-9.
Ədəbiyyat
- Семевский Михаил Иванович // Список гражданским чинам первых трёх классов. Исправлен по 1-е февраля 1892 года. СПб.: Типография Правительствующего сената. 1892. 332.
- Тимощук В. В. М. И. Семевский, основатель и редактор исторического журнала «Русская старина». Его жизнь и деятельность. 1837—1892. — СПб, 1895.
- Михаил Иванович Семевский. (Некролог) Arxivləşdirilib 2020-04-07 at the Wayback Machine // Исторический вестник, 1892. — Т. 48. — № 4. — С. 308—312.
- П. П. Литературный курьёз Arxivləşdirilib 2016-10-20 at the Wayback Machine // Исторический вестник, 1888. — Т, 32. — № 6. — С. 677—687.
Xarici keçidlər
- Семевский, Михаил Иванович // Энциклопедический словарь Брокгауза и Ефрона : 86 cildilik (82 cild и 4 əlavə). — Sankt-Peterburq., 1890—1907.