Mixail Saltıkov-Şedrin

Mixail Yevqrafoviç Saltıkov-Şedrin (rus. Михаил Евграфович Салтыков-Щедрин, 15 (27) yanvar 1826[1][2]28 aprel (10 may) 1889[1][2], Sankt-Peterburq[1]) — Rusiya yazıçısı.

Mixail Saltıkov-Şedrin
rus. Михаил Евграфович Салтыков
Doğum tarixi 15 (27) yanvar 1826[1][2]
Vəfat tarixi 28 aprel (10 may) 1889[1][2] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Literatorski mostki[d]
Vətəndaşlığı
Təhsili
  • Çarskoselsk liseyi[d]
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, tərcüməçi, dramaturq, nasir
Əsərlərinin dili rus dili
Janrlar satira, roman, Salnaməçi[d], hekayə, nağıl, oçerk, povest
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mixail Yevqrafoviç Saltıkov-Şedrin 1826-cı il yanvar ayının 27-də Moskva vilayətinin Taldom rayonunda anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. Natural məktəb ruhunda yazılmış ilk povestlərin ("Ziddiyyətlər" 1847, "Dolaşıq iş" 1848) görə həbs olunmuş və sonradan Vyatkaya sürgün edilmişdir. 1855-ci ildə sürgündən Peterburqa qayıdaraq, ədəbi fəaliyyətini davam etdirmişdir. "Quberniya oçerkləri"ndə (1856–1857) təhkimçilik quruluşuna nifrət, təhkimçi kəndlilərə rəğbət motivləri geniş əks olunmuşdur.

1856–1862-ci illərdə bir sıra yüksək quberniya vəzifələrində çalışan Saltıkov onlarla cinayətkar mülkədarı məhkəməyə cəlb etmiş, çoxlu rüşvətxor məmur xidmətdən çıxarılmışdır. 1862-ci ilin əvvəllərində, ehtimal ki, "yuxarıların" təkidi ilə Saltıkov istefaya göndərilmişdir.

Qeyd etmək lazımdır ki, əyalətdə yaşayıb-işləmək yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. "Mənsur satiralar" (1863) kitabındakı oçerk və hekayələrdə təhkimçi mütləqiyyət üsul-idarəsinin tarixən ölümə məhkumluğu fiziki əksini tapmışdır. Dövlət xidmətindən uzaqlaşdırıldıqdan sonra "Russkaya pravda" jurnalını nəşr etmək fikrinə düşdü, lakin hökumət buna icazə vermədi. N.А. Nekrasovun dəvəti ilə "Sovremennik" jurnalının redaksiyasına işə girdi. Onun burada dərc edilmiş "İctimai həyatımız" aylıq şərhləri həmin illər rus publisistikası və ədəbi tənqidinin görkəmli nümunələrindən sayılır.

1864-cü ildə Saltıkov dövlət xidmətinə qayıtsa da, rus tənqidi realizm ənənələrinə sadiq qaldı. 1868-ci ildə çarın göstərişi ilə Saltıkov birdəfəlik ehtiyata buraxıldı və ona hər hansı bir dövlət vəzifəsi tutmaq qadağan edildi. Həmin vaxtdan Saltıkov "Oteçestvennıye zapiski" jurnalında işləmiş, Nekrasovun vəfatından sonra isə onun baş redaktoru olmuşdur.

Bədii yaradıcılığının zirvəsi olan "Bir şəhərin tarixi" (1869–1870), "Nəcib nitqlər" (1872–1876), "Müasir idilliya" (1877–1881), "Xalacığaza məktublar" (1881–1882) əsərlərində mütləqiyyət və təhkimçilik quruluşu kəskin satira atəşinə tutulur, о dövr rus cəmiyyətinin sosial ziddiyyətləri, kapitalist münasibətlərinin yaranması göstərilir. Saltıkov ömrünün son illərində "Nağıllar" (1882–1886), "Həyatın təfərrüatı" (1886–1887) və s. kimi bədii sənət inciləri yaratmışdır. Onun bədii və publisistik əsərləri rus ədəbiyyatında tənqidi realizmi daha da inkişaf etdirmişdir. Ezop üslubu Saltıkov satirasının başlıca xüsusiyyətlərindəndir.

Yazıçı 1889-cu il mayın 10-da Sankt-Peterburqda vəfat etmişdir.

İstinadlar

  1. Макашин С. А., Макашин С. А. Салтыков // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 6. С. 618–629.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.