Mixail Qusman
Mixail Qusman (Mixail Solomonoviç Qusman; 23 yanvar 1950, Bakı) — SSRİ və Rusiya jurnalisti, tərcüməçi. Yuli Qusmanın kiçik qardaşı, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).
Mixail Qusman | |
---|---|
rus. Михаил Соломонович Гусман | |
Doğum tarixi | 23 yanvar 1950 (74 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, tərcüməçi, televiziya aparıcısı, radioaparıcı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olmuşdur. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuşdur.
1970 - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir.
1973 - Bakı Ali Partiya Məktəbini bitirmişdir.
1973-1986-cı illərdə - Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini (Bakı);
1986-1991-ci illərdə - SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri;
1991-1995 - "Infomol" İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru;
1995-1998-ci illərdə - ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti;
1998-1999-cu illərdə - İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi;
1999-cu ilin yanvar-noyabr aylarında - İTAR-TASS-ın baş direktor müavini;
1999-cu ilin noyabrından - TASS xəbər agentliyinin baş direktorunun birinci müavini (1 oktyabr 2014-cü ilədək - İTAR-TASS).
Mükafatları
- "Dostluq" ordeni — 22.01.2010[1]
- "Qızıl çinar" beynəlxalq mükafatı laureatı — 11.05.2018[2]
- "Şərəf" ordeni — 23.01.2020
Filmoqrafiya
İstinadlar
- "M.S.Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2010-cu il tarixli, 690 nömrəli Sərəncamı. Arxivləşdirilib 2020-07-08 at the Wayback Machine e-qanun.az (az.)
- APA TV. "3 tanınmış şəxsiyyətə "Qızıl Çinar" mükafatı verildi" (az.). Youtube.com. 11.05.2018. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.