Mixail Psell

Mixail Psell (fr. Μιχαήλ Ψελλός; 1018[1][2][…], Konstantinopolmay 1078, Konstantinopol) — Bizans-yunan keşişi, alimi, yazıçısı, şairi, hakimi, filosofu, astronomu, siyasətçisi və tarixşünası. O, AristotelPlatonu öyrənən ilk şəxslərdən olmuşdur.

Mixail Psell
Doğum tarixi 1018[1][2][…]
Doğum yeri
Vəfat tarixi may 1078
Vəfat yeri
Fəaliyyəti filosof, yazıçı, siyasətçi, tarixçi, şair, həkim, astronom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mixail Psell 1017-ci ildə[lower-alpha 1] Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində anadan olmuşdur.

Kasıb bir ailənin övladı olan Psell 10 yaşında məktəbə daxil olmuş, orada qrammatikaşeiriyyət öyrənir. O, 16 yaşında ali təhsilini ritorika, fəlsəfəhüquq üzrə almağa başlayır. Psell 1037-ci ildə Mesopotamiya regionunda çalışmağa başlayır. O, əlaqələrinin köməyi ilə hakim vəzifəsinə yüksəlir. Onun adı saçı kəsilməzdən əvvəl Konstantin idi. Psell yunan dilindən tərcümədə «pəltək» deməkdir və ehtimal olunur ki, onun nitq pozğunluğuna aid təxəllüs idi. Psell V Mixailin hakimiyyətin dövründə asikrit[lower-alpha 2] idi. O, bu dövrdə canla-başla elm, xüsusilə də fəlsəfə öyrənirdi. Onun maraq dairəsi Aristotel, PlatonProklı əhatə edirdi.

Psell 1043-cü ildə imperator IX Konstantin Monomaxa panegirik yazır və həmin il imperatora ən yaxın olan insanlardan birinə çevrilir. O, protosinkrit, daha sonra isə vest və vestarx[lower-alpha 3] olur. Psell IX Konstantinin hakimiyyəti dövründə imperatora daha 4 panegirik ərsəyə gətirir. Bunun mükafatı Madita şəhərinin vasilikatı[lower-alpha 4] və bir neçə monastırın idarəsi idi. IX Konstantinin hakimiyyəti sona çatanda onun vəzifəsi təhlükə altına girmişdir. Psell saçını kəsdirir və özünə Mixail adını götürür. O, Anadoluda yerləşən bir monastıra köçür.

Feodora tərəfindən paytaxta çağırılan Psell saray daxilində nüfuzlu bir şəxs olmuş və impertim tituluna layiq görülmüşdür. Psell 1057-ci ildə imperator tərəfindən üsyankar İsak Komnin ilə sülh danışıqları aparmağa göndərilir. Psell ilə Komnin münasibəti çox yaxşı idi. Komnin hakimiyyəti gələndə Pselli proedr vəzifəsinə qoymuşdur. Psell Komninin əmri ilə köhnə dostu, sürgün edilmiş patriarx Mixail Kirullariyə qarşı akt yazır. Psell 1059-cu ildə X Konstantin Dukanın taxta oturtulmasına müsbət yanaşırdı. Psell bu dövrdə protopoedr vəzifinə qoyulur. Psell imperatorun oğlu Mixail Duka üçün bir neçə dərslik tərtib edir.

1068-ci ildə IV Roman Diogenin hakimiyyətə gəlməsi ilə Psellin saraydakı nüfuzu azalır. Buna baxmayaraq, Psell Roman Diogen VII Mixail Duka tərəfindən əsir götürüləndə yeni imperatora tövsiyə edir ki, imperiya boyunca Diogenin taxtdan endirilməsini bəyan etsin. Psell VII Mixail hakimiyyəti dövründə əhəmiyyətli bir rola malik idi. O, imperator adından məktublar yazmış, xsirovullar tərtib etmiş, məhkəmə davalarını həll etmişdir. VII Mixailin hakimiyyət illərinin axırlarında nüfuzunu tamamilə itirən Psell saray həyatından çəkilməyə məcbur edilir.

Mixail Psellin dəqiq vəfat tarixi naməlumdur. Bəzi alimlər onun 1976–1078-ci illərdə vəfat etdiyini, bəziləri isə 1096-cı ildə hələ də sağ olduğunu irəli sürür.[3]

Buraxılışlar

"Compendium mathematicum". 1647-ci il.
  • Psellus, Michael. Compendium mathematicum (latın). Lugd. Batav: Bonaventura Elzevier, Abraham Elzevier. 1647. İstifadə tarixi: 2015-06-19.
  • Chronographie ou histoire d'un siècle de Byzance (976–1077). Ed. Émile Renauld. 2 vols. Paris 1926/28. [Standard modern edition].
  • Imperatori di Bisanzio (Cronografia). Ed. Salvatore Impellizzeri. 2 vols. Vicenza 1984. [New critical edition and Italian translation.]
  • Chronographia, ed. E. R. A. Sewter. London 1953. English translation, Full online text
  • Chronographia, ed. Vrasidas Karalis. 2 vols. Athen 1992/96 [Modern Greek translation].
  • Vidas de los emperadores des Bizancio (Cronografia). Ed. Juan Signes Codoñer. Madrid 2005 [Spanish translation].
  • Autobiografia (Encomio per la madre. Ed. Ugo Criscuolo. Naples 1989.
  • De omnifaria doctrina. [Διδασκαλία παντοδαπή] Ed. Leendert G. Westerink. Utrecht 1948.
  • De operatione daemonum. Ed. Jean-François Boissonade. Nürnberg 1838, reprint Amsterdam 1964.
  • De operatione daemonum. Tr. Marcus Collision. Sydney 1843. Full online text
  • '"Éloge inédit du lecteur Jean Kroustoulas." Ed. Paul Gautier. Rivista di studi bizantini e neoellenici, n.s. 17–19 (27–29), 1980–1982: 119–147.
  • Epistola a Giovanni Xifilino. Ed. Ugo Criscuolo. Naples 1990.
  • Epistola a Michele Kerulario. Ed. Ugo Criscuolo. Naples 1990.
  • Historia Syntomos. Ed. Willem J. Aerts. Berlin 1990.
  • Orationes hagiographicae. Ed. Elizabeth A. Fisher. Stuttgart/Leipzig 1994.
  • Orationes panegyricae. Ed. George T. Dennis. Stuttgart/Leipzig 1994.
  • Oratoria minora. Ed. Antony R. Littlewood. Leipzig 1984.
  • Orazione in memoria di Constantino Lichudi. Ed. Ugo Criscuolo. Messina 1983.
  • Philosophica minora I. Ed. John M. Duffy. Stuttgart/Leipzig 1992.
  • Philosophica minora II. Ed. Dominic J. O'Meara. Leipzig 1989.
  • Poemata. Ed. Leendert G. Westerink. Stuttgart/Leipzig 1992.
  • Scripta minora magnam partem adhuc inedita. 2 vols. Ed. Eduard Kurtz, Franz Drexl. Milan 1936/41.
  • Essays on Euripides and George of Pisidia and on Heliodorus and Achilles Tatius. Ed. Andrew R. Dyck. Wien 1989.
  • Theologica I. Ed. Paul Gautier. Leipzig 1989.
  • Theologica II. Ed. Leendert G. Westerink, John M. Duffy. München/Leipzig 2002.

Qeydlər

  1. Bəzi mənbələrə görə 1018-ci ildə.
  2. İmperator dəftərxanasında vəzifəli şəxs.
  3. Bizans təbəqə cədvəlində yeddinci.
  4. Şəhərdən vergi almaq səlahiyyəti.

Mənbə

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Swartz A. Michael Psellus // Open Library (ing.). 2007.
  3. Михаил Пселл. Хронография. М., 1978. С.198 (статья Я. Н. Любарского); Памятники византийской литературы IX—XIV веков. М., 1969. С.134; Культура Византии. Вторая половина VII—XII века. М., 1989. С.49

Ədəbiyyat

  • A. Kaldellis, Anthony Kaldellis: The argument of Psellos' Chronographia, Boston 1999.
  • Cerqueiro, Daniel. Michael Psellos, La Escuela de Atenas y el Sentido de Conócete a ti mismo. P.Ven., Buenos Aires 2001. ISBN 978-987-9239-21-6.
  • E. Pietsch: Die "Chronographia" des Michael Psellos: Kaisergeschichte, Autobiographie und Apologie, Wiesbaden 2005.
  • S. Papaioannou, Michael Psellos: Rhetoric and Authorship in Byzantium, Cambridge 2013.
  • F. Lauritzen, Depiction of Character in the Chronographia of Michael Psellos, Turnhout 2013.
  • D. Walter, Michael PsellosChristliche Philosophie in Byzanz. Mittelalterliche Philosophie im Verhältnis zu Antike und Spätantike. De Gruyter, Berlin, Boston 2017, ISBN 978-3-11-052597-7

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.