Mixail Masson

Mixail Yevgeniyeviç Masson (21 noyabr (3 dekabr) 1897, Sankt-Peterburq[1]2 oktyabr 1986, Daşkənd) — SSRİ arxeoloqu, pedaqoq, tarix elmləri doktoru, professor, Türkmənistan EA-nın akademiki.

Mixail Masson
Mixail Yevgeniyeviç Masson
Doğum tarixi 21 noyabr (3 dekabr) 1897
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1986(1986-10-02) (88 yaşında)
Vəfat yeri
Elm sahələri arxeologiya, tarix, şərqşünaslıq[2]
Elmi dərəcəsi
İş yeri
  • Özbəkistan Milli Universiteti[d]
Təhsili
  • Özbəkistan Milli Universiteti[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Mixail Masson 4 dekabr 1897-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, anası ilə bərabər Səmərqənd şəhərində yaşamışdı. Burada da kişi gimnaziyasını bitirmişdi.

Mixail Masson 2 oktyabr 1986-cı ildə Daşkənd şəhərində vəfat edib.

Ekspedisiyaları

M. E. Massonun və V. M. Massonun arxeoloji qazıntılarının əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Onların apardıqları tədqiqatlar nəticəsində Türkmənistan, ÖzbəkistanCənubi Qazaxıstan ərazilərində erken orta əsrlərə aid çoxlu pullar, silahlar və başqa maddi mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin əsrlərdə yaşamış əhalinin Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri araşdırılmışdır.

QazaxıstanAltayda erkən orta əsrlərə aid qədim abidələrin bir növü elmdə "balbal" adlanan daş kişi heykəlləridir. Eranın VIII–IX əsrlərinə aid bu heykəllər Altaydan Volqaboyuna qədər geniş bir ərazidə tapılmışdır. Tədqiqatçıların yekdil fıkri belədir ki, bu heykəllər türkdilli tayfalara aiddir və döyüşlərdə həlak olmuş igidlərin qəbirlərinin üzərinə qoyulmuş abidələrdir. Belə mülahizə irəli sürülmüşdür ki, bu abidələrin mövcud olduğu ərazi adı bizə məlum olmayan bir türk mənşəli tayfanın məskunlaşma arealı olmuşdur.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.