Mixail Lukin

Lukin Mixail Fyodoroviç (rus. Михаил Фёдорович Лукин; 18 noyabr 1892, Zubtsov, Tver quberniyası[d]25 may 1970, Moskva) - sovet hərbi xadimi, Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra), general-leytenant (6 iyun 1940)

Mixail Lukin
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1892(1892-11-18)
Doğum yeri
Vəfat tarixi 25 may 1970(1970-05-25) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu
Rütbəsi general-leytenant, poruçik
Döyüşlər
Təltifləri "Müqəddəs Vladimir" ordeni
Rusiya Federasiyasının Qəhrəmanı
"Müqəddəs Anna" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-halı

Mixail Fyodoroviç Lukin 6([18] noyabr 1892-ci ildə Tver vilayətinin indiki Zubtsov rayonunun Poluxtino kəndində kəndli ailəsində anadan olmuşdur. Rusdur. 1913-cü ildən Rusiya ordusunda xidmətdə olmuş, I Dünya Müharibəsində iştirak etmişdir. 1916-cı ildə hərbi məktəbi bitirmiş, sonralar poruçik rütbəsində Barklay de Tolli adına Nesvij polkunun 4-cü rotasının komandiri olmuşdur.

Lukin 1917-ci ildə Qırmızı Qvardiyaya daxil olmuş, 1918-ci ildən Oızıl Ordu sıralarında olmuşdur. 1918-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Səhra Qərargahı yanında kəşfiyyatçılar kursunu bitirmişdir. 1919-cu ildə Ümumrüsiya Kommunist (bolşeviklər) Partiyasının tərkibinə daxil olmuşdur. Vətəndaş müharibəsi dövründə Mixail Lukin diviziya qərargah rəisinin köməkçisi, polk və briqada komandiri, diviziya qərargah rəisi olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.

1926-cı ildə M.V.Frunze adına Hərbi Akademiya yanında komandir heyətinin təkmilləşdirilməsi kursunu bitirmişdir.

1929-cu ildən 1935-ci ilədək M.F.Lukin Lenin ordenli Xarkov atıcı diviziyasının komandiri olmuş, 21 noyabr 1935-ci ildə diviziya komandiri rütbəsinə layiq görülmüşdür.[1].

1935-1937-ci illərdə Moskvanın hərbi komendantı olmuşdur. 1937-ci ilin dekabr ayından Sibir Hərbi Dairə qoşunlarının rəis müavini, sonralar qərargah rəisi, 1939-cu ilin dekabr ayından dairə komandanının müavini olmuşdur.

Böyük Vətən Müharibəsi

1941-ci ilin yazında Lukin 16-cı ordunun formalaşdırılmasına başçılıq etmişdir. 1941-ci ildə ordusu ilə birlikdə Ukraynanın Şepetovka şəhərinə göndərilmişdir.

Təltifləri

I Dünya Müharibəsi dövründə igidliyinə görə

  • 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni
  • 4-cü dərəcəli Müqəddəs ordeni
  • 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni

Qızıl Ordu sıralarında xidmətə görə

  • Rusiya Federasiyasının Qəhrəmanı (1993, ölümündən sonra)
  • Lenin ordeni (1946)
  • 5 Qırmızı Bayraq ordeni ilə (1921, 1925, 1941, 1946, 1947)
  • Qırmızı Əmək Bayrağı ordeni (1932)
  • Qırmızı Ulduz ordeni (1967)
  • medallar

Mənbə

Ədəbiyyat

  • Лукин, Михаил Фёдорович, in: Советская военная энциклопедия, Bd.5, Москва 1978. (Online-Version)
  • Протокол допроса военнопленного генерал-лейтенанта Красной Армии М. Ф. Лукина, 14 декабря 1941 года - Новый часовой, in: Русский военно-исторический журнал (1994), No.2, S.173-175.

Xarici keçid

İstinad

  1. "ПРИКАЗ НАРОДНОГО КОМИССАРА ОБОРОНЫ СОЮЗА ССР ПО ЛИЧНОМУ СОСТАВУ АРМИИ № 2398". 2010-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.