Mixail Levandovski
Mixail Levandovski (rus. Михаил Левандовский) (3 (15) may 1890, Tiflis – 29 iyul 1938, Moskva) — Sovet hərbi rəhbəri, 2-ci dərəcəli komandir (1935).
Mixail Levandovski | |
---|---|
rus. Михаил Карлович Левандовский | |
Şəxsi məlumatlar | |
Doğum adı | Михаил Карлович Левандовский |
Doğum tarixi | 3 (15) may 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 1938 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada, Rusiya İmperator Ordusu, Qızıl Ordu |
Rəhbərlik edib | |
Döyüşlər | |
Rütbəsi | 2-ci dərəcəli komandir[d], ştabs-kapitan |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mixail Karloviç Levandovski 27 aprel 1920-ci ildə Azərbaycanın işğalını həyata keçirən XI qırmızı ordunun komandiri.
1938-ci ildə sovet hərbçilərinin bayram günündə — 23 fevralda həbs olunub. Ağır işgəncələrdən sonra özünü antisovet, hərbi-faşist və trotskist sui-qəsddə iştirak etdiyini etiraf edib. Həmin il iyulun 29-da güllələnib.
XI ordu komandiri Levandovskiyə Nəriman Nərimanov brilyantlarla bəzədilmiş və üzərində "minnətdar Azərbaycan xalqından hədiyyə" yazılmış qılınc bağışlamışdır.[1]
Repressiya
23 fevral 1938-ci ildə həbs edildi. Qırmızı Orduda anti-sovet, Trotskiist və faşist hərbi sui-qəsdində iştirak etməkdə günahını etiraf etdi. 29 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən edam cəzasına məhkum edildi. Elə həmin gün Moskvada edam edildi. Dəfn yeri Kommunarka şəhəridir.[2]
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 28 aprel 1956-cı il tarixli qərarı ilə bəraət qazandı.
Mükafatları
- "Lenin" ordeni (22.03.1936)
- "Qırmızı Bayraq" ordeni (19.10.1920)
- Azərbaycan SSR "Qırmızı bayraq" ordeni (may 1921)
- Tacikistan SSR "Qırmızı bayraq" ordeni (sentyabr 1930)
İstinadlar
- "Nərimanovun rus komandirə bağışladığı brilyant qılınca nə yazılmışdı?". Teleqraf.com (az.). 28 may 2017. 6 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2020.
- "МЕМОРИАЛ: растрельные списки Коммунарки". old.memo.ru. 28 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2020.