Mixail Kozakov

Mixail Kozakov (rus. Михаи́л Миха́йлович Козако́в; d. 14 oktyabr 1934, Leninqrad, RSFSR, SSRİ – ö. 22 aprel 2011, Ramat-Qan, İsrail[1][2][3][4]) — məşhur teatr və kino aktyoru, Rusiyanın Xalq artisti (1980).

Mixail Kozakov
rus. Михаи́л Миха́йлович Козако́в
24 aprel 2007
24 aprel 2007
Doğum tarixi
Doğum yeri Leninqrad, RSFSR, SSRİ
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Ramat-Qan,  İsrail
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr rejissoru, kinorejissor, ssenarist, teatr aktyoru
Fəaliyyət illəri 1954-cü ildən
Təhsili
  • Moskva Bədaye Teatrı tərkibində Bədaye Teatrı Məktəbi[d] (19521956)
Üzvlüyü
Mükafatları "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı SSRİ Dövlət mükafatı
"Şərəf" ordeni (Rusiya)
IMDb ID0440397
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Mixail Kozakov 14 oktyabr 1934-cü ildə Leninqrad şəhərində anadan olmuşdur.[5]

Məzarı

Atası Mixail Kozakov əslən yəhudi idi, Kozakov familiyasını sonradan qəbul etmişdi. O, yazıçı olub, anası Zoya Kozakov isə televiziyada ədəbi-dram verilişləri redaksiyasında çalışıb. Ötən əsrin 30-cu illərin repressiyası onların da ailəsindən yan keçmir, Mixailin anasını və nənəsini bir neçə il müddətinə azadlıqdan məhrum edir, atasının yazılarına qadağa qoyurlar. Mixail 1945-ci ildən Leninqrad Xoreoqrafiya Məktəbində təhsil alır. Təbiətcə tənbəl idi, orta məktəbdə yalnız ədəbiyyat fənnini sevirdi. Elə buna görə də məktəbi bitirdikdən sonra teatr sənətini seçir. Ona elə gəlir ki, aktyorluq ən asan peşədir.[5]

Beləliklə, 1952-ci ildə Moskva Akademik Bədaye Teatrının məktəb-studiyasına daxil olur. Axırıncı kursda oxuyarkən, 1956-cı ildə "Dante küçəsində qətl" filmində Şarl Tibo rolu onun kinoda debütü olur. Bu rol çox uğurlu alınır. 1959-cu ildə V. Mayakovski adına teatrda işləməyə başlayır, sonra "Sovremennik" teatrına keçir. 1971-ci ildə isə MXAT-da işləməyə başlayır. Teatrda yaratdığı gözəl rollarla yanaşı, "Salam, mən sizin xalanızam", "Məhəbbət-kök", "Saman şlyapa" və digər filmlərə dəvət alır. 1961-ci ildə "Amfibiya adam" filmində soyuqqanlı, yalançı və fırıldaqçı Pedro rolunu çox məharətlə oynayır. Yeri gəlmişkən, bu filmin bir hissəsi Bakıda lentə alınıb.[5]

Taleyinə bir neçə dəfə ailə qurmaq nəsib olan Mixail Kozakov birinci həyat yoldaşı estoniyalı Qreta Taarla ilə məktəb-studiyada tanış olmuşdu. Onların Katerina adında qızı, Kiril adında (gələcəyin aktyoru) oğlu dünyaya gəlmişdi. Bir müddətdən sonra onlar ayrılırlar. 1968-ci ildə Mixail gürcü qızı Medeya Berelaşvili ilə ailə qurur. Onların Manana adında qızları dünyaya gəlir. Üçüncü dəfə o, tərcüməçi Regina Bıkova ilə evlənir. Bu nikahdan uşaqları olmasa da, 17 il — Regina ondan ayrılıb Amerikaya gedənədək — birlikdə yaşayırlar. Mixail Kozakov bundan sonra 31 yaşlı aktrisa Anna Yampolskaya ilə nikah bağlayır və bir oğulları dünyaya gəlir.[5]

1991-ci ildə Mixail Kozakov ailəsi ilə birlikdə İsrailə köçür, Təl-Əviv Kamera Teatrında çalışır, rejissor kimi də özünü sınayır. Burada bir qızları da doğulur. 1996-cı ildə onlar Rusiyaya qayıtsalar da, aktyor 2010-cu ildə xəstələnir və müalicə olunmaq üçün yenidən İsrailə gedir. 2011-ci ildə aprelin 22-də 76 yaşında ikən vəfat edir.[5]

Filmoqrafiya

  1. Amfibiya adam (film, 1961) / Человек-амфибия

İstinadlar

  1. "В Израиле скончался Михаил Казаков". cursorinfo.co.il. 2011-04-22. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  2. Трофименков М. "Испанский гранд советской эпохи: Умер Михаил Козаков". Коммерсант, №72(4613). kommersant.ru. 2011-04-23. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  3. "Умер Михаил Козаков". lenta.ru. 2011-04-22. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  4. "Умер актёр Михаил Козаков". РИАНовости.рф. 2011-04-22. 2012-07-17 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
  5. Səbinə Əlibalaqızı. Tənbəlliyi üzündən aktyor olmuşdu medeniyyet.az, 31.10.2014  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.