Mixail Kolyubakin

Mixail Petroviç Kolyubakin (1806, RSFSR19 yanvar 1872, Bakı) — Bakı quberniyasının qubernatoru.

Mixail Kolyubakin
Şəxsi məlumatlar
Doğum tarixi 1806
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1872(1872-01-19)
Vəfat yeri

Həyatı

Mixail Kolyubakin 1806-cı ildə Volınsk quberniyasında anadan olmuşdur. Onun atası general-leytenant Pyotr İvanoviç Kolyubakin Novqorod quberniyasındadır, vətən müharibəsi xadimlərindən biri idi. Çox yerdən yaralanmış Pyotr İvanoviç 1812-ci ildən sonra demək olar ki, qoltuqlu kürsüdən ayaq üstə durmadan on beş ildən az yaşamışdır. O, polyak qızı qrafinya Tulovskaya ilə evlənmişdi. Onların beş uşağı vardı: iki qız, üç oğlan. Onlardan böyüyü Nikolay, Mixail ikinci, Aleksandr isə kiçiyi idi. Atalarının sağlığında onlar cah-cəlalla yaşayırdılar, məxmər üzərində yeriyirdilər, onların yanında atasının tələbi ilə xarici dilləri öyrənmək üçün daim üç mürəbbi olurdu. Adama elə gəlirdi ki, bu cür şəraitdə uşaqlar həyatdan zövq alırdılar, lakin onlar deyən kimi olmadı amansız və sərt anası kiçicik şuluqluq üstündə, hətta paltarlarındakı balaca bir ləkəyə görə onları ciddi cəzalandırırdı və hətta mürəbbilərdən uşaqlara bu cür amansız rəftar etmələrini tələb edirdi. Tamamilə aydın idi ki, onların xarakterinə yaxşı təsir edə bilmirdi. Onlar qəzəb və nifrətlə böyüdür, onlarla danışmayaraq həmişə onları özünə qarşı amansız edirdi, hətta hər cür mübahisədən sonra ailəcə ürəklərində kin saxlamaq yox, eyni zamanda uzun müddət küsməyi də öyrədirdi. Bu vərdiş xüsusilə, Nikolay Petroviçə aşılamışdı. Çox tündməcaz olmayan Mixail Petroviç özünü saxlamağı bacarır və hadisələr zamanı öz fikrini gizlədir və susurdu.

Mixail bə böyük qardaşı Nikolay kimi Çarskoe Selo xeyriyyə pansionunda oxuyurdu və 1830-cu illdə oranı bitirmişdi. Qızğın, sərt xarakterinə görə dostları Nikolaya "Dəcəl Kolyubakin" qardaşı Mixail Petroviç isə "Sakit Kolyubakin" adlandırırdılar. Bu ləqəb də ömürlərinin sonuna kimi onlaın üstündə qaldı.

Xidmətə Mixail Petroviç Əlahəzrət böyük knyaz Mixail Pavloviçin ulan alayının qvardiyalarına namizəd kimi daxil oldu. 1838-ci ildə Qafqaza göndərildi, burda general-leytenantın rütbəsinədək yüksəldi. 1841-ci ildə Qarqar körpüsü şöbəsinin qərargah rəisinin adyutantı oldu. Kutaisinin vitse-qubernator vəzifəsini tutdu. Qafqaz canişini yanında şura üzvü seçildi, 1852-ci Tiflisdə vitse-qubernator vəzifəsini tutdu, coğrafiya və kənd təsərrüfatı cəmiyyətinin üzvü və kənd təsərrüfatı idarəsinin rəisi oldu.

1863-cu ildə general-leytenant Mixail Petroviç Kolyubakin Bakı hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi təyin edildi. Özünün abadlığı ilə Bakı qubernator Kolyubakinə və arxitektor K. Q. Gippiusa borcludur. Qubernatorun xahişi ilə 1865-ci ildə şəhəri dəniz sahilindən ayıran və özünün faydasızlığı ilə havanın sərbəst hərəkət hərəkətinə mane olan köhnə şəhər divarının sökülməsinə görə icazə almışdı. Boşaldılmış sahə 44 min manata satıldı və bu pula çox çəkmədən gözəl şəxsi evləri kiçik zərif daş sahil küçəsi salındı. Dvoryan klubu üçün böyük binanın tikintisi başlandı.

Bakı hərbi qubernatoru ədalətli adam idi. Onun hörməti və nüfuzu vardı. Özünün tabeçiliyində olanların mənəvi və mədəni səviyyəsini yüksəltmək arzusunda olan Mixail Petroviç kəndlilərdən hər hansı ərzaq məhsunu pulsuz almağı aşağı rütbəli polis işçilərinə qadağan edən əmr verdi.

Mixail Petroviç Kolyubakin 1872-ci il yanvarın 19-da 65 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

Ona keşiş Eliyev etiqad edib və ayin oxuyub. Əvvəlcə Nikolayev kilsəsinin həyətində dəfn etmək istəyiblər, lakin yanvarın 21-də xalqın və Bakı qoşunlarının böyük axını ilə hərbi qubernator "İnturist" (keçmiş) mehmanxananın arxasındakı bir sahədə olan Bayıl burnu tərəfdən uzanan ümumşəhər provaslav qəbrstanlığında basdırılıb.

Mənbə

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.