Mixail Bulqakov

Mixail Afanasyeviç Bulqkov (rus. Михаи́л Афана́сьевич Булга́ков; 3 (15) may 1891[2], Kiyev[3][4][…]10 mart 1940[3][5][…], Moskva[3][6]) — rus yazıçı, dramaturq, teatr rejissoru və aktyor.

Mixail Bulqakov
rus. Михаил Афанасьевич Булгаков
Doğum tarixi
Doğum yeri Rusiya İmperiyası Rusiya imperiyası, Kiyev
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri SSRİ SSRİ, Moskva
Vəfat səbəbi böyrək çatışmazlığı[d][1]
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Həyat yoldaşları Tatiana Lappa (1913–1924) , Lubov Belozerskaya (1925–1931), Yelena Şilovskaya (1932–1940)
Fəaliyyəti 19191940
Fəaliyyət illəri 1919–1940
Əsərlərinin dili rus
İstiqamət nəsr
Janr müasir roman
Tanınmış əsərləri
Üzvlüyü
İmza
bulgakov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mixail Bulqakov 1891-ci ilin 15 may tarixində Kiyev şəhərində Kiyev Ruhani Akademiyasının dosenti Afanasi İvanoviç Bulqakov (1859-1907) və onun həyat yoldaşı Varvara Mixaylovna Bulqakovanın (Pokrovskayanın) (1869-1922) ailəsində dünyaya göz açmışdır. Ailədə yeddi uşaq var idi: Mixail (1891-1940), Vera (1892-1972), Nadejda (1893-1971), Varvara (1895-1954), Nikolay (1898-1966), İvan (1900-1969) və Yelena (1902-1954).

1909-cu ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. 1916-cı ilin 31 oktyabrında həmin fakültəni əla qiymətlərlə bitirib həkimlik diplomunu əldə edir.

Bulqakov 1910-cu ildə Kiyev Universitetində təhsil alarkən.
Bulqakov 1910-cu ildə Kiyev Universitetində təhsil alarkən.

Təyinata əsasən Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə gedir. Daha sonra o, Vyazmada həkim kimi çalışır. 1913-cü ildə Tatyana Nikolayevna Lappa (1892-1982) ilə ailə qurur.

Birinci Dünya müharibəsi dövründə Bulqakov əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərir. 1917-ci ildən mütəmadi olaraq morfi işlətməyə başlayır. Bunu kiçik qıza göstərdiyi tibbi yardım nəticəsində yoluxduğu xəstəliyin ağrılarından can qurtarmaq üçün edir. 1917-ci ilin dekabrında ilk dəfə Moskvaya gəlir və tanınmış Moskva həkimi, dayısı N.M.Pokrovskinin mənzilində qalır. Sonralar "İt ürəyi" povestindəki professor Preobrajenski məhz Pokrovskinin timsalında yaradılır. 1918-ci ilin yazında Bulqakov Kiyevə qayıdır və orada özəl praktika açaraq veneroloq kimi fəaliyyət göstərir.

Yaradıcılığı

Öz etirafına əsasən ilk hekayəsini 1919-cu ildə yazıb.

19221923-cü illərdə — "Zapiski na manjetax" nəşr olunur.

1924-cü ildə "Ağ qvardiya" romanı nəşr olunur. Romanda 1918-ci ildə Ukraynada müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda apardığları mübarizənin faciəli hadisələri vəsf olunur.

1925-ci ildə "Dyavoliada" (İblisnamə?) adlı satirik hekayələr toplusu işıq üzü görür. Həmin ildə "Rokoviye yaytsa" (Fəlakətli yumurtalar?) adlı povest, (Polad boğaz?) ("Zapiski yunogo vraça" (Gənc həkimin qeydləri?) silsiləsindən birinci hekayə olan) "Stalnoye qorlo" hekayəsi də nəşr olunur. Yazıçı "İt ürəyi" povesti, "Ağ qvardiya" və "Zoykanın mənzili" pyesləri üzərində çalışır.

1926-cı ildə Moskva Bədii Akademik Teatrında "Turbinlər ailəsinin günləri" pyesi səhnəyə qoyulur,

Bulqakovun qəhrəmanlarından ibarət poçt markası, rəssam Y.Arsimenev (1991)
"Cənab de Molyerin həyatı" kitabının titul vərəqi

1927-ci ildə Mixail Bulqakov "Qaçış" faciəsi üzərində işi başa çatdırır.

1926-cı ildən 1929-cu ilədək Yevgeni Vaxtanqovun Teatr-studiyasında Bulqakovun "Zoykanın mənzili", 1928-1929-cu ildə Moskva Kamera teatrında "Tünd qırmızı ada" (1928) səhnəyə qoyulur.

1932-ci ildə Moskva Bədii Akademik Teatrında "Turbinlər ailəsinin günləri" pyesi yenidən səhnəyə qaytarılır.

1934-cü ildə "Master və Marqarita" romanının 37 hissədən ibarət ilk tam versiyası hazırlanıb başa çatdırılır.

Əsərləri

  1. İtin Ürəyi (1925)
  2. Şeytanlıqlar (1925)
  3. Ağ Mühafizəçi (1925)
  4. Ölümcül Yumurtalar (1925)
  5. Turbinlər Günü (1926)
  6. Qaçış (1928)
  7. Master və Marqarita (1940)
  8. Moliere Əfəndi (1962)
  9. Bir Ölünün Dəftəri (1967)
  10. Gənc həkimin qeydləri (1975)

Filmoqrafiya

  1. Qaçış (film, 1970)
  2. İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
  3. İt ürəyi (film, 1976)
  4. Master və Marqarita (film, 1994)
  5. Master və Marqarita (teleserial, 2005)
  6. Morfi (film, 2008)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.