Mitski
Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxıb.[3] Bu albomları ilk olaraq o, Purchase-də tələbə layihəsi kimi hazırlamışdı. Mitski məzun olduqdan sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır.
Mitski | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Mitsuki Laycock[1] |
Doğum tarixi | 27 sentyabr 1990 (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2012-ci ildən |
Janrlar | indi-rok, pank rok, folk-rok, folk pank[d], art pop |
Musiqi alətləri | piano[2], gitara[2], bas-gitara[2], zərb qurğusu[d], skripka |
Albom şirkətləri | Dead Oceans[2], Double Double Whammy, Don Giovanni Records[2] |
Təhsili | |
mitski.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mitski bunun ardınca 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağladı və "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını yayımladı. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb.[4] Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərildi. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü gördü.
Həyatı
Mitski Leykok[5] 27 sentyabr 1990-cı ildə Yaponiyanın Mie prefekturasında ağ amerikalı ata və yapon anadan dünyaya gəlib.[6] Onun ana dili yapon dili olub.[7] Mitski atasının ABŞ Dövlət Departamentindəki işi ilə əlaqədar olaraq böyüyərkən tez-tez köçməli olub, ABŞ-də məskunlaşmazdan əvvəl Türkiyə, Çin, Malayziya, Çexiya və Konqo Demokratik Respublikasında yaşayıb.[8][9][10] Orta məktəbdə xorda ifa edib və 18 yaşında pianoda ilk mahnısını yazıb.[11]
Karyerası
2012–2014: Lush; Retired from Sad, New Career in Business; və Bury Me at Makeout Creek
Kino təhsili almaq üçün Hunter Kollecinə daxil olan Mitski, sonralar musiqiyə verdiyi dəyəri nəzərə alaraq SUNY Purchase kollecinə yollandı və burada studiya bəstəkarlığı təhsili aldı. Perçeysdə olarkən o, tələbə layihələri kimi pianoda yazdığı "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxdı.[12][13] Orada Mitski sonralar onun albomu üçün prodüserlik edən Patrik Haylend ilə tanış oldu.[14]
Məzun olduqdan sonra o, qısa müddət proq-metal qrupu Voice Coils üçün ifalar etdi, bunun ardınca növbəti albomu "Bury Me at Makeout Creek" üzərində işləməyə başladı.[15] Nəhayət albom Double Double Whammy tərəfindən 11 noyabr 2014-cü ildə yayımlandı. Əlavə dörd bonus trekinin daxil edildiyi albomun başqa bir versiyası 7 aprel 2015-ci ildə Don Giovanni Records tərəfindən buraxıldı.[16][17][18][19]
2015–2017: Puberty 2
Mitski 22 dekabr 2015-ci ildə Dead Oceans albom şirkəti ilə müqavilə bağladı.[20] O, 1 mart 2016-cı ildə dördüncü studiya albomu olan "Puberty 2"-nun buraxılacağı haqqında paylaşım etdi və ilk sinql "Your Best American Girl"ü yayımladı.[21] İyunun 17-də albomun buraxılmasından əvvəl o, "Happy" adlı daha bir sinqlı buraxdı.[22] Haylendin prodüser olduğu albom iki həftə ərzində Nyu-Yorkun Vestçester County-dəki Acme Studios-da yazılıb.[23] Albom buraxıldıqdan sona dinləyicilər və musiqi tənqidçiləri tərəfindən müsbət rəylərlə qarşılandı.[24] "Your Best American Girl" Rolling Stone jurnalı tərəfindən 2010-cu illərin 13-cü ən yaxşı mahnısı seçildi.[25]
Onun "Francis Forever" mahnısı 2016-cı ildə "Cartoon Network"da nümayiş olunan "Macəra zamanı" cizgi serialının "The Music Hole" (S08E10) seriyasındakı personaj Marselin (Oliviya Olson) tərəfindən kover kimi ifa edilib.[26]
Pixies qrupu onların 21 fevral 2017-ci ildə baş tutacaq konsert açılışında Mitskinin iştirak edəcəyini bildirdi.[27] Mayın 1-də müxtəlif sənətçilərin mahnılarından ibarət olan "Our First 100 Days" adlı 100 mahnıdan ibarət toplu albom işıq üzü gördü. Bu alboma Mitskinin One Direction qrupunun "Fireproof" mahnısına oxuduğu kover də daxil idi. Albom Donald Trampın təhdid adlandırdığı təşkilatlar üçün vəsait toplayırdı.[28] Mitski mahnının koverini 2015-ci ildə etmişdi, lakin o vaxt həmin versiyada imtina etdi.[29] Bundan əlavə Mitskinin ifa etdiyi "I'm a Fool to Want You" kover mahnısı "7-Inches For Planned Parenthood" kompilasiya albomuna daxil edildi.[30] Tanınmış müğənni Lorde 4 oktyabr 2017-ci ildə özünün Melodram Dünya Turu konsertinin açılışında Mitskinin iştirak edəcəyini bildirdi.[31] Mitski noyabrın 1-də özünün baş rolda oynadığı “Sitting” qısametrajlı filmini təqdim etdi.[32]
2018–2019: Be the Cowboy
Mitski 20 aprel 2018-ci ildə Xiu Xiu eksperimental qrupu ilə birlikdə işə imza atdı. Onların ifa etdiyi "Between the Breaths" mahnısı "How to Talk to Girls at Parties" filminin soundtrekinə daxil edildi.[33]
Mitski 14 may 2018-ci ildə beşinci studiya albomu "Be the Cowboy" üçün ilkin sifarişləri açdı və aparıcı sinql olan "Geyser"i musiqi videosu ilə buraxdı.[34] İkinci sinql "Nobody" musiqi videosu ilə birlikdə 26 iyun 2018-ci ildə yayımlandı,[35] daha sonra üçüncü və albomun son sinqlı "Two Slow Dancers" lirik video ilə birlikdə 9 avqustda buraxıldı.[36] "Be the Cowboy" 17 avqustda Dead Oceans tərəfindən yayımlandı.[37] Albom tənqidçilər tərəfindən bəyənildi və Pitchfork,[38] Vulture[39] və Sequence of Sound jurnalları tərəfindən "İlin Albomu" seçildi.[40]
Şəxsi həyatı
Mitski 2020-ci ildən etibarən Neşvill şəhərində yaşayır. O veqandır, qorxu filmlərini sevir və iki pişiyi var.
Diskoqrafiya
- Lush (2012)
- Retired from Sad, New Career in Business (2013)
- Bury Me at Makeout Creek (2014)
- Puberty 2 (2016)
- Be the Cowboy (2018)
- Laurel Hell (2022)
- The Land Is Inhospitable and So Are We (2023)
İstinadlar
- "ARTIST TO WATCH: MITSKI". Young Hollywood. September 18, 2018. May 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2020.
- AllMusic (ing.). 1991.
- "Mitski Miyawaki '13". www.purchase.edu (ingilis). 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-15.
- Beaumont-Thomas, Ben. "Mitski, the US's best young songwriter: 'I'm a black hole where people dump their feelings'". the Guardian (ingilis). 2022-02-04. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- "Artist to Watch: Mitski". Young Hollywood. September 18, 2018. May 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2020.
- Tolentino, Jia. "The Misreading of Mitski". The New Yorker (ingilis). December 12, 2018. October 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
- Jung, E. Alex. "Mitski in 9 Acts". Vulture (ingilis). January 14, 2022. 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
- "Meet Mitski, An Electric Folk Singer Making Sad Songs For Grown-Ups". The FADER. June 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2019.
- "Growing Up Mitski". The L Magazine. October 23, 2014. November 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2019.
- "The Mitski Episode with Hannibal Buress: Handsome Rambler". Youtube. December 21, 2017. August 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2020.
- Talbot, Margaret. "On the Road with Mitski". The New Yorker (ingilis). July 1, 2019. ISSN 0028-792X. July 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- "Taking All of Mitski". Impose Magazine. December 2014. March 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
- "In Sight Out: Mitski". Pitchfork. September 19, 2017. June 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2018.
- "M. Roosevelt & Mitski, by M. Roosevelt & Mitski". M. Roosevelt (ingilis). 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
- "Voice Coils = prog metal from mems of Mitski, Roomrunner, Extra Life, Porches & more, playing 7" release show at DbA". BrooklynVegan. September 12, 2014. August 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2018.
- "Mitski:Bury Me At Makeout Creek Album Review". Pitchfork. November 14, 2014. February 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2016.
- "Premiere – Brooklyn Newcomer Mitski's Spellbinding 'I Will'". NME. October 21, 2014. September 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2016.
- "Bury Me At Makeout Creek Album Review". Rolling Stone. December 18, 2014. January 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2016.
- "Holding the Audience Hostage, With a Wail;Mitski Leaves Her Mark at the Knitting Factory". The New York Times. December 19, 2014. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2016.
- "New Artist // Dead Oceans Signs Mitski". Dead Oceans. December 22, 2015. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
- "Mitski announces new album, Puberty 2, shares lead single "Your Best American Girl"". Consequence of Sound. March 2, 2016. September 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
- "Mitski was "Happy" once on new single — listen". Consequence of Sound. May 3, 2016. September 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
- "Q&A: Mitski Goes Back To Her Roots On Puberty 2". June 8, 2016. August 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2016.
- "Reviews for Puberty 2 by Mitski". Metacritic. December 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2016.
- "The 100 Best Songs of the 2010s". Rolling Stone (ingilis). December 4, 2019. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-02.
- "Watch Marceline Sing A Mitski Song On Adventure Time". Stereogum. June 23, 2016. August 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2019.
- "Pixies Add U.S. Tour Dates With Mitski". Pitchfork. February 21, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
- "Our First 100 Days". Bandcamp. May 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2018.
- "Mitski Covers One Direction's "Fireproof": Listen". Pitchfork. April 7, 2017. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2018.
- Gray, Julia. "Mitski – "I'm A Fool To Want You" (Frank Sinatra Cover)". Stereogum. October 19, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2018.
- Strauss, Matthew. "Run the Jewels and Mitski Touring With Lorde". Pitchfork. October 4, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
- Sodomsky, Sam. "Mitski Stars in New Short Film SITTING". Pitchfork. November 1, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
- Yoo, Noah. "Mitski Links With Xiu Xiu for New Song "Between the Breaths"". Pitchfork. April 20, 2018. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2018.
- Boilen, Bob. "Mitski Shares And Talks About New Song And Album". NPR. May 14, 2018. May 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2018.
- "Mitski Presents New Single, "Nobody", and Accompanying Video". Dead Oceans. June 26, 2018. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2018.
- Daramola, Israel. "Mitski – "Two Slow Dancers"". Spin. August 9, 2018. August 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2018.
- "Be the Cowboy by Mitski on Apple Music". Apple Music. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2018.
- "The 50 Best Albums of 2018 – Page 5". Pitchfork (ingilis). December 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
- Jenkins, Craig. "The 15 Best Albums of 2018". Vulture.com. December 3, 2018. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
- "Top 50 Albums of 2018". Consequence of Sound (ingilis). December 3, 2018. April 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.