İkitaylı qapaq

Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur.

İkitaylı qapaq
Bazal kəsikdən ürəyin qapaqlarının görünüşü
Bazal kəsikdən ürəyin qapaqlarının görünüşü
[[File:
|frameless|300x300px|Ürəyin diaqramması]]
Ürəyin diaqramması
Latınca valva atrioventricularis sinistra, valva mitralis
Qrey subyekt 138 534
Sistem Ürək-damar
Üzv Ürək
MeSH Mitral+Valve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.

Mənbələr

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.