Miskincə
Miskincə- (Miskicka) (ləzgi dilində Məscid (Miski) + yeri (cka) deməkdir) ləzgi kəndidir, Dağıstanın Doqquzpara rayonunun ən böyük yaşayış məntəqəsidir. Burada 1000 təsərrüfat, 7500-dən çox əhali yaşayır.
Miskincə | |
---|---|
41°25′ şm. e. 47°51′ ş. u. | |
Ölkə | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368757 |
|
Tarixi
Miskincənin tarixi- müharibələr tarixi olduğu üçün Qacar xalqının tarixinə qəhrəmanlıq səhifələri yazmış Dadaş, Sübhan, Lələ və Qənbər kimi xalq sərkərdələrinin adları xatirələrdə qalıb, onlar vətənin azadlıq və müstəqilliyini qoruyub saxlayıblar. 738-ci ildə Dərbəndin ərəb döyüşçülər üçün əmək haqqı ödəmək haqda sərkərdə Mərvan İbn Mahmud Kuri və Miskincdən 14 min batman buğda və 40 min dirhəm aldı. 1409-cu ildə Miskincə məscidində onun yetirmələrindən biri tərəfindən böyük şair – Şərqin mütəfəkkiri Sədinin “Gülüstan” kitabının bir hissəsi ərəb dilinə köçürüldü.
Tərkibində 8 minə yaxın əhalisi olan minə yaxın həyəti-ailəni birləşdirən böyük dağ mahalının inzibati mərkəzi olduğu zaman Miskincə kəndinin 1800-cü il maraqlı statik məlumatı. Bu Qacar elinin böyük icması idi.
Kəndin özü icma daxili tabeçiliyi olan 7 yaşayış məntəqəsi (qazmalar) xüsusi müdafiə- təsərrüfat funksiyalarını yerinə yetirirdi.
XIX əsrin ortalarında Miskinclilər Qafqazda Rus dövlətinin maraqlarını təmin edən müharibələrdə fəal iştirak ediblər.
Bu müharibələrdə Miskinclilər böyük qurbanlar (insan itkiləri) verib və ona qədər döyüş qardaşlığı sədaqəti nümunəsi nümayiş etdiriblər. Çar-İmperator və Cənubi Qafqazda rus ordusunun komandanlığı Miskinclilərin bu mətinliyini layiqincə qiymətləndirərək və aulun əhalisinə minnətdarlıq əlaməti olaraq Şalbuz-dağın bütün qərb yamaclarını verdilər. Bundan əlavə onlara Samurçayın üzərində körpü salıb əks tərəfini istifadə etmək üçün icazə verdilər. Miskincə əhli qədim zamanlardan əsasən əkinçiliklə məşğul idilər. Qafqazda sənayenin inkişaf etməsilə bağlı Bakı və digər şəhərlərə əməklərini kapitalistlərə çox ucuz satırdılar.
Böyük kənddən Oktyabr inqilabına qədər Çar Rusiyasının kübar zadəganları üçün təhsil müəssisələrində çox az adamın oxumasını bununla izah etmək olar. Yalnız bir nəfər Miskincəli Mirzə bəy Axundov Novoaleksandrovski kənd təsərrüfatı və meşəçilik imperator institutunda oxuyurdu. Amma onu da, inqilabi hərəkatda iştirakına görə jandarm satrapları həbs etdilər.
Sovet hakimiyyəti və possovet dövründə 1000 nəfər şagirdli Miskincə kənd məktəbinin yetirmələrindən 200-dən çox metəxəssislər yetişib: bunlar neftçi, geoloq, iqtisadçı və maliyyəçı, aqronom və veterinar, fizik və kimyaçılar, bioloq və həkimlər, riyaziyyatçı, tarixçı, hüquqşünas və digərləri. Miskinclilər akademiklər Feyzulla Qasımzadə, Sərkər Sərkərovla, elmlər doktorları Mamed Xocayev, Aybet Aybetov, Nicef Sərkərovla fəxr edirlər. Miskinclilərdən elmin müxtəlif sahələri üzrə 30 nəfər yaxın elmlər namizədi çıxıblar.
Böyük Vətən müharibəsinin ağır illərində 330 nəfər Miskincli cəbhəyə yollanıb, onlardan 196 nəfəri Vətəni müdafiə edərkən həlak olublar. Bu gün Miskincə Dağıstanın digər kəndlərindən az fərqlənir.
Bugünü
Miskincə kəndində xırda və iri buynuzlu heyandarlıq inkişaf edib artır. Əgər 10 il bundan əvvəl burada 3 mağaza vardısa, indi onların sayı 30-a qədərdir. Kənd inkişaf edir, onun sahəsi 20 kv.km-ə qədər genişlənib. Orta məktəb, iki kitabxana, uşaq baxçası, idman zalı və 19 ziyarətgah var. Burada əkinçilik, tərəvəz, meyvə, bostan bitkiləri becərməklə məşğuldur. Üzümçülük, bağçılıq, heyandarlıq və un üyütmə sənayesi inkişaf edib. Yenidən qurma illərinə qədər kəndlilər özlərini bütün zəruri məhsullarla təmin edirdilər, artıq məhsulu Kuruş, Usuxçay, Axtı, Cava, Rutul və digər kəndlərdə satır yaxud mal mübadiləsi edirdilər.
Son illər dağlılar azad bazar münasibətlərinə yiyələnir, öz bizneslərini açıb genişləndirirlər.
Pirləri
Nəzərə alsaq ki, dağlardakı bu yerlər müqəddəs sayılıb, burada təbii yolla məskunlaşmış xalqa bu əbədi mənəvi dəyərlərlə genetik əlaqə qurub onlara xidmət etmək taleyi qismət olub. Müqəddəs məbədlərin ( Çexi Pir, Miski “Ərənlər” və Mir-Süleyman Piri) Şalbuz-dağ dağının köksündə yerləşməsi faktı dağa şeyx stastusu verib. Ərazisində 19 müqəddəs ziyarətgahları yerləşdirən yaşayış məntəqəsi isə Miskidin çkyar adını alıb, deməli Miskiçkar kəndi sözünün əsasında obyektiv və qrammatik iki söz durur. Şalbuz-dağ dağına gedən yol üstündə kəndin ətrafinda İmam Əlinin abidə daşları var : qılıncın gücünü göstərən daş, onun namaz qıldığı daş, və İmam Əlinin and içib vəd verdiyi yer. 19 ziyarət yerləri (pir) və məscidlər, İmam Əlinin abidə yerləri, Baba Qənbərin və Lələ Babanın məşhur məzarları bütün müsəlmanlar üçün əbədi dəyərlərə gedən yolda müqəddəs isnadlara çevrilib.
İstinadlar
Mənbə
- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.