Misirin dövlət quruluşu

Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir.

İcraedici orqan

Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır.[1] Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi. Hüsni Mübarək 1981-ci ildən 2012-ci ilə qədər prezident olmuşdur. Baş Nazir prezident tərəfindən seçilir və ancaq parlament etimadına xidmət edir. Məhdud dəyişiklikdən sonra 2006-ci ildə Prezident H.Mübarək yeni kabinet elan edir. Mübarək İqtisadi İnkişaf Nazirləri və Yerli İnkişaf Naziri daxilində olan Planlama və İqtisadi İnkişaf Nazirliyini parçaladı.[2]

Qanunverici orqan

1980-ci ildə 2 kameralı qanunvericilik hakimiyyətini yaratmaq üçün 1971-ci il konstitusiyasına düzəliş edildi.[3] Qanunvericiliyin hökuməti dəyişdirmək və ya qanunvericiliyə düzəliş etmək bacarığı vardır. Xalq Assambleyasında 454 yer vardır.444 yer əhali tərəfindən seçilir, 10-nu prezident tərəfindən təyin edilirdi.[4] Xalq Assambleyası 5 illik müddətə seçilir, qanunverici qüvvəsi vardır, prezidentliyə namizəd irəli sürürlər, qanunları təklif edir və qəbul edir, iqtisadi və sosial inkişafı və dövlətin ümumi büdcəsinin ümumi planı təsdiq edir, daimi, müvəqqəti, və fakt-araşdırıcı komitələr yarada bilər, iştirak edən üzvlərinin mütləq əksəriyyəti tərəfindən qətnamə qəbul edilir.[5]

Məşvərətçi Şura

Məşvərətçi Şuranın 264 üzvü var.176 üzv səsi əhalinin və 88-i prezident tərəfindən seçilir.176 üzvü olan Məşvərətçi Şura 6 il müddətinə seçilir. Ancaq məşvərətçi rolu vardır. Konstitusiya müddəalarını həyata keçirmək üçün qanunda məcburi məşvərətçi rola malikdir. Başqa qanun layihələrində dövlət başçısı ilə məsləhətləşə bilər. Şəxsi vəziyyət hüququ müsəlmanlar və koptik xristianlar üçün məcəlləşdirilmişdi. Məhkəmənin müstəqilliyi və toxunulmazlığı konstitusiyanın 64 və 65-ci maddələri tərəfindən zəmanətlənmişdir.[6]

Məhkəmə orqanı

Misirin Avropa mülki huququna uyğunlaşmış mülki hüquqi sistemi vardır, ancaq dini hüquqlara əsaslanan şəxsi vəziyyət məsələləri istisna olmaqla. İctimai Prokurorluq Ofisi Ədliyyə Nazirliyində asılı deyildir, ancaq prezident tərəfindən təyin edilir. Hakimlər hökumət fərmanları ilə təyin edilir.

Məhkəmə Şuralar

Ali Məhkəmə Şurası təyinetmə təşviq və hakim köçürülməsində iştirak edir. Ədliyyə başçısı tərəfindən idarə olunur və Ali Məhkəmənin 2 hakimi və Apelyasiya məhkəməsinin prezidenti və Misirdə 1-ci İnstansiya Tribunalından ibarətdir. Dövlət Şurası konistitusiyanın 172-ci maddələrinə əsasən yaradılıb.

Məhkəmələr

Sadə Məhkəmələr

Buraya mülki, kommersial və cinayət məhkəmələri aiddir.

1-ci İnstansiya Məhkəkmələri

Mülki və kommersial məhkəmələrə bölünür. 7 Ali Apelyasiya məhkəməsi vardır və 1-ci İnstansiya Məhkəməsindən müraciətləri eşidir.

Kassasiya Məhkəməsi

Normal məhkəmə sistemində (inzibati və hərbi sistemlər istisna olmaqla) bütün aşağı məhkəmə halları üçün son müraicət məhkəməsidir.

Ərəb Baharından sonrakl vəziyyət

Misir Respublikası 2011-ci ildə "ərəb Baharı"nın baş verdiyi növbəti ölkə oldu.[7] Kütləvi iğtişaşlardan sonra Hüsnü Mübarək istefa verdi və 30 illik hakimiyyiti sona çatdı. Misir ərəb Respublikası dövlət tipinə görə Respublikadır. İnzibati bölgüdə 22 gubernatordan ibarətdir. 2012-ci ildə referendum keçirilərək yeni konstitusiya qəbul olundu və həmən ilin dekabrında prezident tərəfindən imzalanaraq təsdiq olundu.

Hüquqi sistemi

Napoleon mülki hüqüqu və İslam hüququna əsaslanır. Hüquqi nəzarət Ali məhkəmə və Dövlət Şurası tərəfindən olunur. İcraedici orqan - Müvəqqəti Prezident Edli Mensurdur (2013-cü il). Hökumət başçısı Müvəqqəti Baş Nazir Hazem əl-Beblavidir. 2013-cü il Kabinetdə yerdəyişmə oldu və 10 yeni nazir təyin edildi. Qanunverici orqan- İki palatalı parlament məşvərətçi rolu və çoxlu ənənəvi funksiyası olan Maclis al Şuradan ibarətdir. 2012-ci il konstıtusiyasına görə 1/10 orqan prezident tərəfindən 6 illik seçilən 150 yerdən ibarətdir. Nümayəndələr Palatası 2012-ci il konstitusiyasına görə ən azı 350 yerdir və üzvlər yerli səsverməylə 5il müddətinə seçilir. Məhkəmə orqan - Ali Məhkəmə , Kassasiya Məhkəməsi - Milli asambleya hakimləri və məhkəmə prezidentlərindən ibarətdir.

Məhkəmə orqan - Ali Məhkəmə, Kassasiya Məhkəməsi - Milli asambleya hakimləri və məhkəmə prezidentlərindən ibarətdir. Ali Konstitusiya Məhkəməsi- 10 üzvdən və məhəkəmə prezidentlərindən ibarətdir. Ali Məhkəmənin hakimi prezident tərəfindən seçilir.Subordinal məhkəmələr bunlardır: Apelyasiya məhkəməsi, 1-ci İnstansiya Məhkəməsi, Siyasi partiyalar və liderlər- Misir İttifaqı əl-Nour Partiyası, əl Vasat Partiyası, Xalq Partiyası və s.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2013-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  2. http://web.archive.org/web/20160304110119/
  3. "Arxivlənmiş surət". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  4. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  5. "Arxivlənmiş surət". 2011-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  6. http://www.xezerxeber.az/mobil//news/105271.html%5B%5D
  7. "Arxivlənmiş surət". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.