Misir Coğrafiya Cəmiyyəti

Misir Coğrafiya Cəmiyyəti (ərəb. الجمعية الجغرافية المصرية; fr. Société de géographie d'Egypte) — Misir Ərəb Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Qahirə şəhərində yerləşir.

Misir Coğrafiya Cəmiyyəti
ərəb. الجمعية الجغرافية المصرية; fr. Société de géographie d'Egypte
Növü ictimai təşkilat
Yaranma tarixi 19 may 1875
Rəsmi dili ərəb
Mərkəzi Misir Misir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Cəmiyyətin əsası 19 may 1875-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün İsmail Paşanın fərmanı ilə Coğrafiyanın Cazibə Cəmiyyəti adı ilə yaradılmışdır.

İlk prezidenti Georq Avqust Şveynfurt

Cəmiyyətin ilk prezidenti alman botanist, səyyah və etnoloq Georq Avqust Şveynfurt idi.

Cəmiyyətin yerləşdiyi bina

Ölkədəki siyasi vəziyyətlərdən asılı olaraq, adı bir neçə dəfə dəyişdirilmişdir. 1952-ci ildəki Misir İnqilabından sonra indiki adı ilə adlandırılmışdır[1].

Fəaliyyəti

Cəmiyyət ölkədə coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.

Həmçinin bax

İstinadlar

  1. "History Of The Society". Official Website of the Egyptian Geographic Society. 2009-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.