Mis (I) bromid
Mis (I) bromid — formulu CuBr olan qeyri-üzvi maddədir. İkili birləşmələr sinfinə aiddir və monovalent mis və bromid turşusunun duzu hesab edilə bilər.
Mis (I) bromid | |
---|---|
Ümumi | |
Sistematik adı | Mis(I)bromid |
Ənənəvi adı | Mis bromid |
Kimyəvi formulu | BrCu[1] |
Molyar kütlə | 143,45 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 4,72 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 504 °S |
Qaynama nöqtəsi | 1350 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7787-70-4 |
PubChem | 24593 |
ChemSpider | 22995 |
Fiziki xassələri
Təmiz formada rəngsiz tetraedral mikrokristallardır. Kristal qəfəsi sfalerit tiplidir (kubik sinqoniya). İşıqda nəmli havada yavaş-yavaş oksidləşərək yaşılımtıl rəng alır. Suda, etanolda, efirdə həll olunmur. Kristalhidratlar əmələ gətirmir.
Alınması
Mis(I) bromidi aşağıdakı üsullardan biri ilə almaq olar. 1. Mis (II) bromidin termiki parçalanması:
2. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası:
3. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası:
4. :
Kimyəvi xassələri
Həll olunan birləşmələrin əmələ gəlməsi. 1. Mis (I) bromid isti qatı sulfat turşusunda həll olunur:
2. Kompleks birləşmə əmələ gətirdiyi üçün bromid turşusunun, kalium bromidin, kalium siyanidin, ammonyakın qatı məhlullarında həll olunur:
Digər reaksiyalar:
3. Mis (I) bromid nəmli havada işıqda yavaş-yavaş oksidləşir:
4. Lyuis əsasları ilə molekulyar adduktlar əmələ gətirir, məsələn, dimetil sulfidlə:
Tətbiqi
Mis (I) bromid kimya sənayesində üzvi sintez proseslərində istifadə olunur.
İstinadlar
- Реми Г. "Курс неорганической химии" М, 1963
- M. K. Bağıyeva. Ümumi və qeyri-üzvi kimya praktikumu. Bakı-2012
- Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
- Copper(I) bromide (ing.).