Mirzəli Abbasov (aktyor)

Abbasov Mirzəli Hacabbas oğlu (1874, Rusiya imperiyası3 noyabr 1943, Tiflis, Gürcüstan Sovet Sosialist Respublikası, Sovet İttifaqı) — aktyor, rejissor, dramaturq, Gürcüstanın əməkdar artisti (1924).

Mirzəli Abbasov
Mirzəli Hacabbas oğlu Abbasov
Doğum tarixi
Vəfat tarixi
Fəaliyyəti aktyor

Həyatı

Mirzəli Abbasob 1874-cü ildə o zaman Rusiya imperiyasına daxil olan Tiflis şəhərində azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasının əməkdar artisti adını alan Mirzəli Abbasov elə doğulduğu Tiflis şəhərində 1943-cü ildə vəfat etmişdir. Vəfatından sonra Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı

Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu 1898-ci ildən səhnə fəaliyyətinə başlamışdı. İlk oynadığı rol Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərindəki Fərraş obrazı olmuşdur. Tiflis Azərbaycan teatrının təşkilatçılarından olmuş, onun səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarını, "Ölülər" tragikomediyasını tamaşaya qoymuşdur.[1] Azərbaycanlı dram qruplarının aktiv üzvü kimi Tiflisdə, Təbrizdə və bir sıra digər şəhərlərdə səfərlərdə olmuşdur. 1916-cı ildən etibarən Tiflisdəki Azərbaycan türklərinin əsas teatr təşkilatçılarından biri olmuşdur. Yaradıcılığı boyunca daha çox Hüseyn Ərəblinski kimi faicəvi taleyə sahib obrazları canlandıran Mirzəli Abbasovun əsas rolları sırasına Əbdülrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" tarixi faciəsində Qacar obrazı, Uilyam Şekspirin faciəsində Otello obrazı, Fridrix Şillerin "Oğrular" dramında Franz obrazları daxildir. O, eyni zamanda bir sıra pyeslərin müəllifidir.[2][3][4]

İstinadlar

  1. "Abbasov Mirzəli Hacabbas oğlu". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-19.
  2. "Abbasov Mirzәli Hacabbas oğlu". uzeyirbook.musigi-dunya.az. 2016. 6 Mar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2022.
  3. Rzayev, Anar, "Mirzəli Abbasov", Cəlil Məmmədquluzadə Ensiklopediyası, 2008: 40–42
  4. "Аббасов, Мирза Али", Театральная энциклопедия - Советская энциклопедия, I: 329–330, 1965 (#first_missing_last)

Mənbə

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.40.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.