Mirzələr

MirzələrAzərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirzələr kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.

Mirzələr
39°46′32″ şm. e. 46°39′42″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Mirzələr xəritədə
Mirzələr
Mirzələr

Toponimikası

Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Mehdiqulu xana məxsus xəlfəli tayfasının mirzələr adlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Mirzənin nəslindən olanlar, mirzəgillər" mənasındadır. Kəndin yaxınlığında axan çay da Mirzələr çayı adlanır.[1]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsində yerləşir.

İstinadlar

  1. Mirzələr // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.