Mirzəhaqverdili
Mirzəhaqverdili — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Arazbarı kənd inzibati ərazi vahidinin Mirzəhaqverdili kəndi Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[1]
Mirzəhaqverdili | |
---|---|
39°58′55″ şm. e. 47°06′38″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 195 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0412 |
|
Toponimikası
Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin (1870–1933) mənsub olduğu nəslin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin başçısı Mirzə Haqverdi olmuşdur. Kənd həmin şəxsin adi ilə adlandırılmışdır.
Coğrafiyası və iqlimi
Kənd Qarabağ düzündə yerləşir.
İqtisadiyyatı
Cəbhə xəttinə çox yaxın olan kəndin təsərrüfatına Qarabağ müharibəsi nəticəsində ciddi ziyan dəymişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
2011-ci ilin iyun ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[2][3]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- Ağcabədinin iki kəndinə mavi yanacaq verilib
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.