Mirzəağa Mirzəyev
Mirzəağa Mirzəyev (17 yanvar 1990, Bakı) — Azərbaycan aktyoru.
Mirzəağa Mirzəyev | |
---|---|
Mirzəağa Yaşar oğlu Mirzəyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2008 |
Həyatı
Mirzəyev Mirzəağa Yaşar oğlu 1990-cı il yanvar ayının 17-də Bakı şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin «Dram rejissoru» fakültəsinə daxil olub. 2008-ci ildə Abdulla Şaiq adına Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 2010-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışır.
Teatr səhnəsindəki rolları
1. Aqil - («Mənim ağ göyərçinim» T.Vəliyeva)
2. Orxan - («Mən səni sevirəm» Ə.Əmirli)
3. Şahzadə - («Göyçək Fatma» Azərbaycan Xalq nağılı)
4. Romeo - («Romeo və Cülyetta» U.Şekspir)
5. Adil – («Buzovna kəndinin əhvalatları» Elçin)
6. Qara qüvvə, Məlikməmməd – («Şahzadə Xəzərin nağılı» K.Ağabalayev, N.Kazımov)
7. Dorset - markiz - (“III Riçard”, U.Şekspir)
8. Şir - (“Biri vardı, biri yox” Ə.Ol)
9. Alabaş - (“Möcüzəli turp” Rus Xalq nağılı)
10. Bosxomci - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli)
Filmoqrafiya
- 3 bacı (film, 2012-2014) (bədii serial) (aktyorlarla iş üzrə prodüser, ikinci rejissor, icraçı prodüser, rol: psixoloq; cəllad; işıqçı; polis)
- Son iclas (film, 2018) (sənədli və tarixi film) (Fətəli Xan Xoyski-obrazında çıxış etmişdir)