Mirzə Yusif xan Avansəri
Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri (?-?)—diplomat.
Mirzə Yusif xan Avansəri | |
---|---|
Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri | |
Doğum yeri | Təbriz |
Fəaliyyəti | diplomat |
Həyatı
Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri Təbriz şəhərində anadan olmuşdu. Əslən Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Avansər kəndindəndirlər. Ünlü müctəhid Hacı Mirzə Məhəmmədəli Avansərinin nəvəsidir.
Mirzə Yusif xan Avansəri mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran universitetində oxumuşdu. İngilis, fransız və bir çox şərq dillərini bilirdi.
Mirzə Yusif xan Avansəri İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Bir müddət Londonda İran səfirliyində münşi vəzifəsində çalışmışdı.
Mənbə
- Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh.
- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.