Mirzə Sakit
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair.
Mirzə Sakit | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1959 (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Janrlar | satira, tənqid |
Həyatı və karyerası
Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb[1].
2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir.
2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.[2]
İstinadlar
- "JURNALİSTLƏR HƏBSDƏ QALDI". 2015-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.