Mirzə Qurbanov

Qurbanov Mirzə Əbdül oğlu (20 iyun 1941, Lənkəran) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Mirzə Qurbanov
Qurbanov Mirzə Əbdül oğlu
Doğum tarixi
Doğum yeri Tütəpeştə, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əbdül
Anası Zivər
Elm sahələri “Eksperimental fizika” və “Yarımkeçiricilər və dielektriklər fizikası”
Elmi dərəcələri fizika-riyaziyyat elmləri doktoru, professor
Elmi adı Laboratoriya müdiri
İş yerləri
Alma-mater Azərbaycan Neft və Kimya İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Energetika fakültəsi
Elmi rəhbəri AMEA müxbir üzvü Məmmədəmin Şahtaxtinskiy
Tanınmış yetirmələri Əli Məmmədov, Məhəmmədəli Ramazanov
Mükafatları 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb, AMEA Fizika Institutunun Fəxri fərmanı (2015-ci il).
mkurbanov@physics.ab.az

Həyatı

Mirzə Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya institutunun energetika fakultəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda müsabiqə yolu ilə böyük mühəndis vəzifəsinə keçirilib. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olunan M. Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində “Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1985-ci ildə M.Qurbanov “Polimer kompozisiyalı dielektriklərdə elektret, pyezo- və piroelektrik, varistor, pyezorezistor və pozistor effektləri” mövzusunda “Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru M. Qurbanova professor adı verilib.

  • Elmi əsərlərinin sayı-238
  • Xaricdə dərc olunan əsərlərinin sayı- 110
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı - 77
  • Monoqrafiya və kitablarının sayı- Avstriyada 1 monoqrafiya dərc etdirmişdir
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı- 40 müəllif şəhadətnaməsi və 4 respublika patenti, 2 Amerika patenti
  • Elmi-pedaqoji fəaliyyəti- Azərbaycan Texniki Universitetinin “İzolyasiya” kafedrasının professoru vəzifəsində işləyir, magistr dissertasiya işlərinə rəhbərlik edir.
  • Dil bilikləri - İngilis, rus , azərbaycan
  • Kadr hazırlığı - 22 fəlsəfə doktoru, 1 elmlər doktoru

Əsas elmi nəticələri

Elektron – optik çeviricisi tətbiq etməklə dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmalarının mikrostrukturunu öyrənmiş, səth yüklərinin və dielektrik katodun səthindən fotoelektrik effektinin rolunu nəzərə almaqla qismi elektrik boşalmanın inkişaf mexanizmini təklif etmişdir. Polimer nano- və aktiv mikrokompozitlərin fizikası və texnologiyası istiqamətində çalışır. Onun rəhbərliyi ilə matrisa tipli nanodielektrik və mikropyezokeramik kompozitlərin hibridi əsasında yeni sinif kompozitlərin texnologiyası işlənilir. Nanokompozitlərin alınması texnologiyasında əsas problem olan nanohissəciklərin immobilizasiyasının və onların polimer fazada bircins paylanmasının elektrik qaz boşalması plazmasının tətbiqi ilə yeni metodunu işləmişdir. Bununla yanaşı akustik müqaviməti polimer məhlulun akustik müqavimətinə yaxın pyezokompozitlərin əsasında yaradılmış elektroakustik çeviricinin tətbiqi ilə nanokompozitlərdə nanohissəciklərin iri klastrlarının əmələ gəlməsinin qarşısının alınması üçün yeni texnologiya yaratmışdır. Matrisalı nano- və mikropyezokeramik kompozitlərin hibridi əsasında yaradılmış yeni sinif pyezomateriallarının tətbiqi ilə enerji tutumu yüksək olan və geniş tezlik intervalına malik elektroakustik çeviriciləri yaradılmışdır. Professor M.Ə.Qurbanov SSRİ Hərbi Sənayə Komitəsinin qərarı ilə xüsusi əhəmiyyətli sualtı qayıqların aşkar edilməsi üçün pyezokompozitlər əsasında akustik dalğaların qəbulu və generatoru rejimlərində işləyən yüksək effektliyə malik akustik sistemlərin fizikasını, texnologiyasını və konstruksiyasını işləmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqini sürətləndirmək üçün təxirəsalınmaz tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı verilmişdir.

Əsas elmi əsərləri

1. MamedovHavar A., Bayramov Azad A., Tatardar Farida N., Sabikoglu Israfil, Parali Levent "Piezoresistive and posistor effects in polymer-semiconductor and polymer-ferropiezoceramic composites" Физика и техника полупроводников, 2016, том 50, вып. 5, с. 633-638.

2. Mamedov Havar A., Bayramov Azad A., Huseynova G.X., Ramazanova İ.S., Tatardar Farida N., Sabikoglu Israfil, Parali Levent. "Effects of electric discharge plasma treatment on the thermal conductivity of polymer – metal nitride/carbide composites" Journal of Electronic Materials, november 2015, volume 44, issue 11, pp. 4322 – 4333

3. КеримовМ.К., Курбанов М.А,. Байрамов А.А., Татардар Ф.Н., ГулиеваГ.Х., Алиев О.А. Влияние технологии модификации композитов полимер-пьезокерамика на их пироэлектрические свойства. Электронная обработка материалов, 2013, 49(5), 6-14.

4. Yakhyaev F.F.,Sultanahmedova I.S., Tatardar F.N., KulievaG.Kh. "A Device for the Complex Study of the Modes of Crystallization and Processing of Polymeric Composites under Electric Discharge Plasma and Temperature Effects" Surface Engineering and Applied Electrochemistry, 2010, Vol. 46, № 2, pp.160-164.

5. Kerimov M.K. Kurbanov M.A.,Bayramov A.A., Mamedov A.I. "Matrix Active Micro- and Nanocomposites Based on the Polymer, Semicon ductive and Ferropiezo ceramic Materials. Nano composites and Polymers with Analytical Methods" Book 3. Book edited by: John Cuppoletti, 2011, INTECH Open Access Publisher.ISBN 979-953-307-136-6, pp.375-404

6. Kerimov M. K., SultanahmedovaI.S., Faradzhzade I. A., Tatardar F. N.,Aliyev H.S.,Aliyev G.G., Yahyaev F. F. Varistor Effect in Polymer–Semiconductor Composites. Semiconductors, 2010, Vol. 44, No.7, p. 904–911

7. Керимов М.К., Мехтили А.А., Алиев Г.Г.,Султанахмедова И.С.,Татардар Ф.Н., Юсифова У.В.,Кулиева Г.Х., Яхъяев Ф.Ф. Пьезоэлектрические материалы на основе гибрида матричных нано- и микропьезоэлектрических композитов Журнал технической физики, том 81, вып. 8,2011, с. 127 – 134

8. Сулейманов Г.З., Сафаров Н.А., Гочуева А.Ф., Оруджев И.Н., Мамедова З.М Эффект фотогашения электропроводности в композитах полимер-ферроцен ФТП, 2011, том 45, выпуск 4, стр. 510

9. Яхъяев Ф.Ф., Султанахмедова И.С., Татардар Ф.Н., Кулиева Г.Х. Установка для комплексного изучения режимов кристаллизации и обработки полимерных композитов в условиях действия плазмы электрического разряда и температуры Электронная обработка материалов, №2 (262), 2010, с. 83-87

10. Mamedov G. A., Panich A. E., Sultanakhmedova I.S., Mekhtili А.А., Yakhyaev F.F., Tatardar F.N. Piezoelectric Composites with a High Stability of the Piezoelectric Modulus under the Action of Mechanical and Temperature Fields Physics of the Solid State, 2010, Vol. 52, No.6, pp.1138–1145.

© Pleiad,  2010.

Elmi-təşkilati fəaliyyəti

AMEA Fizika İnstitutunun nəzdində yaradılan “Registr” xüsusi konstruktor bürosunda “Kompozisiyalı quruluşlar” laboratoriyasının müdiri və sonralar “Kompozit materialların fizikası və elektronikası” şöbəsinin rəhbəri işləmişdir. Professor M. Qurbanov hazırda AMEA Fizika İnstitutunda “Polimer nano- və aktiv kompozitlər fizikası” laboratoriyasinin müdiri işləyir.

Təltif və mükafatlar

Dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.AMEA Fizika Institutunun Fəxri fərmanı 2015-ci il.

İstinadlar

    Xarici keçidlər

    http://www.science.gov.az/forms/doktora-nauk-instituta-fiziki/2542

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.