Mirzə Qəniyev
Mirzə Qəniyev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Mirzə Qəniyev | |
---|---|
Qəniyev Mirzə Rzabala oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Mirzə Qəniyev 13 sentyabr 1958-ci ildə Bakıda anadan olub. Bakı su kəmərləri idarəsində çilingər işləyib. Bir uşaq atası idi. Uşaq 1989-cu il noyabrın 8-də anadan olub. Mərhum yanvarın 19-da gecə evdən çıxıb. Şəhərin mərkəzinə getmək istəyirmiş. Hadisədənə sonra sağ qalan Mirzə Qəniyev bir ay müalicə olunub. 19 fevral tarixində Semaşko adına xəstəxanada vəfat edib. Şəhidlər xiyabanında dəfn edilib.
Mərhumun ölümündən qabaq dediklərindən:
Salyan qazarmasının yanına çatanda gördük ki, yolun hər iki tərəfində iki tank dayanıb, tankların yanında isə hərbçilər. Maşın onlara yaxınlaşanda heç bir xəbərdarlıq olmadan atəş açdılar. Sürücü yaralandı. Geri qayıtmağa imkan yox idi. O, maşını bir az da irəli sürdü. Yenə atəş açıldı. Hiss etdim ki, kürəyimdən yaralanmışam. Maşın səkiyə çıxıb dayandı. Bu zaman mən ayağımdan yaralandım. Əsgərlər bizi maşından sürüyüb yerə saldılar. Bizi təpikləyirdilər. Bir azdan təcili yardım maşını gəldi. Hərbçilər bizi vermək istəmirdilər. Həkimlə hərbçilər mübahisə etdi. Çətinliklə bizi götürdülər. |
Ünvan
- Bu ünvanda yaşamışdır: Bakı, 1-ci Alatava, ev 48.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.