Mirzə Mehdi xan Astrabadi

Mirzə Məhəmməd Mehdi xan Kövkəbi Astrabadi (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadidir) — XVIII əsrin görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın (1688–1747) münşisi və saray tarixçisi olub. Onun doğum tarixi məlum deyil, 1760-cı ildən sonra vəfat etməsi güman olunur.

Mirzə Mehdi xan Astrabadi
Doğum tarixi XVIII əsr
Doğum yeri
Vəfat tarixi XVIII əsr
Vəfat yeri
Elm sahəsi tarix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri

M. M. Astrabadi "Tarixi-Nadiri" adı ilə tanınan "Tarixi-cəhangüşayi-Nadiri", "Dürreyi-nadirə", "İnşa"[1], "Sənglax", "Məban əl-lüğət" adlı əsərlərin müəllifidir.[2]

İstinadlar

  1. "Nadir şah Əfşarın məktubları işıq üzü gördü". Azadlıq Radiosu. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  2. "Aydın Yol / Mirzə Mehdi xan Astrabadi və onun "İnşa" əsəri". aydinyol.aztc.gov.az (az.). 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.