Mirzə Mehdi Naci

Mirzə Mehdi Naci (1805, Yelizavetpol1882, Yelizavetpol) — XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat.

Mirzə Mehdi Naci
Doğum tarixi 1805
Doğum yeri
Vəfat tarixi 1882
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti şair, xəttat
Üzvlüyü
Vikimənbənin loqosu Mirzə Mehdi Naci Vikimənbədə

Həyatı

O, 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət"in fəalüzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən həkimi həm də mahir həkkak-xəttatı olmuşdur. Onun hazırladığı gözəl ornamentli qəbir daşları indi də Gəncə qəbiristanlığında qalmaqdadır. Naci Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez onlarla məktublaşmışdır. O, 1882-ci ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə türbəsində, hələ sağlığında özü üçün hazırladığı məqbərədə dəfn edilmişdir. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.