Mirzə Mənsur Umudov

Umudov Mirzə Mansur Mirzə Hakim oğlu (18.3.1898, Daşkənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Mirzə Mənsur Umudov
Mirzə Mənsur Mirzə Həkim oğlu Umudov
Doğum tarixi
Doğum yeri Daşkənd, Rusiya imperiyası
Vəfat tarixi ?
Təhsili İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1]

Həyatı

Daşkənd realnı məktəbini bitirmişdir 1917). Kiyev Politexnik İnstitutunun mexanika Şöbəsinə qəbul olunmuş, lakin Rusiyada Oktyabr çevrilişindən (1917) sonra və maddi çətinlik üzündən geri qayıtmağa məcbur olmur. 1919-cu ilin 10 dekabrında Azərbaycanın xalq maarif nazirinə göndərdiyi ərizədə Türküstanın, türk mədəniyyətinin inkişafı naminə ona təhsilini davam etdirmək üçün yalnız yol xərci ödənilməklə Fransaya göndərilməsini xahiş etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Fransaya təhsil almağa göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.