Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani

Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851[1]-1917[2]) — Azərbaycan xanəndəsi.

Mirzə Məhəmmədhəsən İsmayıl oğlu
Ümumi məlumatlar
Digər adı Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Musiqi aləti qaval
Təhsili Dini təhsil
Üzvlüyü

Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.