Mirzə Kərim bəy Nəsirbəyov
Mirzə Kərim bəy Nəsirbəyov (1828-1890) — məmur, şair.[mənbə göstərin]
Mirzə Kərim bəy Nəsirbəyov | |
---|---|
Mirzə Kərim Məşədi Əsəd bəy oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Aşqabad, Rusiya imperiyası |
Uşaqları | Muxtar bəy, Adil bəy |
Fəaliyyəti | diplomat |
Həyatı
Mirzə Kərim bəy Məşədi Əsəd bəy oğlu 1828-ci ildə Şuşa şəhərində doğulmuşdur. Mədrəsədə mükəmməl təhsil almışdı. Bir neçə şəql dillərini və rus dilini kamil bilirdi. Mirzə Kərim bəy öncə Şuşa şəhərində dövlət idarəsində işə düzəlir.Bir müddət qəza məhkəməsində çalışır. Kollej qeydiyyatçısı, mülki çini alır. Sonra Tiflis şəhərinə çağrılır, Qafqaz valisinin yanında dilmanc (tərcüməçi) təyin edilir. Bilik bacarığı sayəsində ucalır. Çarın özəl fərmanı ilə Məşhəd şəhərində Rusiyanın konsulu olur. Mirzə Kərim bəy Nəsirbəyov Məşhəd şəhərində işləyir. Vəzifəsini can-başla yerinə yetirsə də, şikayətlər, danoslar məktublar nəticəsində işdən çıxarılıb Aşqabad şəhərinə göndərilir. Bir müddət də orada çalışır. Mirzə Kərim bəy 1890-cı ildə Aşqabad şəhərində vəfat edib.
Ailəsi
Mirzə Kərim bəyin Muxtar bəy (1858-?) və Adil bəy (1873-?) adlı oğulları vardı.
- Tarixçi Cahangir Zeynaloğlunun əmisidir.
Mükafatları
Mirzə Kərim Nəsirbəyov Iran şahı tərəfindən xan ünvanı, "Şiri-Xurşid ordeni" ilə təltif edilmişdi. Rus çarı tərəfindən isə kollej qeydiyyatçısı, kollej katibi, kollej asessoru çinləri və bir çox orden və medallarda ödüllənmişdi.
Yaradıcılığı
Mirzə Kərim bəy şair idi. Rəvan təblə, zərif zövqlə gözəl şerlər yazırdı. Şeirlərin çoxu fars dilindədir. Qoşqularının birində deyilirdi:
Hansı fəsildə ki, bülbül gül dərdindən nalə çəkir, susqunam Könlümün quşu bülbülün əksinə xəzan çağında nalə çəkər. (Sətri tərcümə)
Mənbə
- Ənvər Çingizoğlu, Nəsirbəyovlar, "Soy" dərgisi, 7 (27), Bakı, 2009. səh.3-15.