Mirzə Hacı bəy Novruzov

Mirzə Hacı bəy Əli bəy oğlu Novruzov (20 iyul 1832, Qovlar14 fevral 1902) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.

Mirzə Hacı bəy Novruzov
Mirzə Hacı bəy Əli bəy oğlu Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1832(1832-07-20)
Doğum yeri
Vəfat tarixi 14 fevral 1902(1902-02-14) (69 yaşında)
Vətəndaşlığı
Uşağı
Atası Əli bəy Novruzov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Rütbəsi general-leytenant
Döyüşlər
Təltifləri Qılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni Qılınclı və bantlı III dərəcəli Müqəddəs Anna ordeniQılınclı II dərəcəli Müqəddəs Anna ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeni

Həyatı

Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan "Əlahiddə Qafqaz Hərbi Dairəsinin generallara və zabitlərə məxsus 1894-cü və 1899-cu illərin sənədləri"ndə general-leytenant Mirzə Hacı bəyin 1832-ci ildə anadan olduğu göstərilir. Zadəgan nəslindən olduğuna görə o, Peterburqdakı Paj hərbi korpusunda təhsil almışdır. 1849-cu il iyunun iyirmi dördündə ilk zabit rütbəsilə təltif olunub. Sənədlərdə göstərilir ki, Mirzə Hacı bəy 1862-ci il, avqustun iyirmi altısında on altıncı Nijeqorod draqun alayına divizion komandiri təyin olunub. 1875-ci il, noyabrın iyirmi beşinədək yenə də polkovnik rütbəsində 44-cü Nijeqorod draqun alayında şimal ehtiyat eskadronunun süvari komandiri vəzifəsində çalışmışdır. Həmin il xidmət yeri Əlahiddə Qafqaz Hərbi Dairəsinə dəyişdirilən polkovnik Mirzə Hacı bəy Novruzov 43-cü Tver draqun alayının komandiri təyin olunmuşdur. General Mirzə Hacı bəy Novruzov 1849-cu ildə Macarıstanda Viloqoş qalası uğrunda gedən ağır döyüşlərdə və 1877–1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. Sonuncu müharibədəki əla döyüş xidmətlərinə görə 1878-ci il, dekabrın on üçündə ona general-mayor rütbəsi verilmişdir. Süvari qoşunlarında nümunəvi zabit kimi xidmət edən Mirzə Hacı bəy Novruzova məxsus sənədlərdə göstərilir ki, ona imperiyanın kavaler ordenləri məhz döyüşlərdə göstərdiyi igidliyə görə verilmişdir.

Mükafatları

O, 1856-cı ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav", 1860-cı ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1873-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1877-ci ildə dördüMükafatları "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) " İgidliyə görə" (qızıl qılıncla birgə), üçüncü dərəcəli " Müqəddəs Vladimir" (qılıncla birgə), 1878-ci ildə isə çar II Aleksandrın şəxsi təşəkkürünə layiq görülmüşdür. 1882-ci ildə birinci dərəcəli" Müqəddəs Stanislav", 1886-cı ildə birinci dərəcəli "Müqəddəs Anna", 1891-ci ildə ikinci dərəcəli "Müqəddəs Vladimir", 1893-cü ildə uzun illər ordudakı nümunəvi xidmətinə görə fərqlənmə döş nişanı ilə təltif olunmuşdur. General-leytenant Mirzə Hacı bəy Novruzova 1871-ci ildə ali komandirlərə məxsus Almaniyanın qılıncla birgə "Xaç orden" verilmişdir. 1896-cı il, mayın 14 də qüsursuz xidmətinə görə general-leytenant rütbəsi alan Mirzə Hacı bəy Novruzov həmin ilidə istefaya çıxmış və Tiflisdə yaşamışdır. Sənədlərdə göstərilir ki, generalın iki oğlu olub: Teymur bəy və Hidayət bəy. Birincisi haqqında məlumatımız var, Teymur bəy 1918–1920-ci illərdə Azərbaycan Milli Ordusunda general-mayor rütbəsinə qədər yüksəlmişdi. Hidayət bəy haqqında isə heç bir məlumatımız yoxdur.

Mənbə

Şəmistan Nəzirli GENERAL ƏLİAĞA ŞIXLİNSKİ ÖMRÜ Anadan olmasının 140 illiyinə Bakı — 2005

Həmçinin bax

  • Novruzovlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.