Mirzə Həsən bəy Mirzə

Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair.

Mirzə Həsən bəy Mirzə
Mirzə Həsən Mirzə Cəfər ağa oğlu Mirzə
Doğum tarixi
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi
Atası Mirzə Cəfər ağa
Fəaliyyəti şair
Vikimənbənin loqosu Mirzə Həsən bəy Mirzə Vikimənbədə

Həyatı

Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir. Mirzə Həsənin qürbətdə vəfatı öz qohum-əqrəbasına və xüsusən, şüəravü ürəfa silkinə artıq dərəcədə təsir eləyir və hər birisi bir növ növhə ilə o mərhumun övsafi-cəmiləsini zikr eləyir. O cümlədən Mirzə Əbülhəsən Şəhid təxəllüs bu fərdi onun maddeyi-tarixində demişdir:

Şəhid qoft besale-vəfatəş in mesrə:
Hezar ah in qamət hezar əfsus.
Tərcüməsi:
Şəhid onun vəfatı ilinə bu misranı dedi:
Bu qamətə min ah, min təəssuf".

Mirzə Həsən 1840-cı ildə vəfat edib.

Mənbə

  • Ənvər Çingizoğlu. Vəzirovlar soyu. Bakı: "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 88 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.