Mirzə Həsən Yüzbaşov-Qarabaği

Mirzə Həsən bəy Alı yüzbaşı oğlu Qarabaği — şair.

Mirzə Həsən Yüzbaşov-Qarabaği
Mirzə Həsən bəy Alı yüzbaşı oğlu
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair
Üzvlüyü
Vikimənbənin loqosu Mirzə Həsən Yüzbaşov-Qarabaği Vikimənbədə

Həyatı

Mirzə Həsən bəy Alı yüzbaşı oğlu 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi.Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ticarətlə məşğul idi. O, 1904-cü ildə vəfat edib.

Mirzə Həsən bəy Səadət xanımla ailə qurmuşdu. Xəlil bəy, Qasım bəy adlı oğulları vardı.

Mirzə Həsən bəy şair idi. Öz adı ilə könül açan şeirlər qələmə almışdı. Mir Möhsün Nəvvab ona "Kaşif" təxəllüsünü vermiş, lakin o bunu qəbul etməmişdi. Məhəmmədəli Tərbiyət onu Kaşif təxəllüsü ilə oxucu önünə çıxarmışdı. "Məclisi-üns" ədəbi yığnağın üzvü idi. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.

Yaradıcılığı

Mənbə

  • Mirzə Həsən Qarabaği Yüzbaşov, Seçilmiş əsərləri, Bakı, "Şuşa" 2000, 184 səh.
  • Ənvər Çingizoğlu, Yüzbaşovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, №6, səh.3-8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.