Mirzə Hüseynqulu xan Mafi

Mirzə Hüseynqulu xan Şərif xan oğlu Mafi (1832-1908) — İranın Baş Naziri.

Mirzə Hüseynqulu xan Mafi
Mirzə Hüseynqulu xan Şərif xan oğlu Mafii
Digər adları Səədəddövlə, Nizamüsssəltənə
Doğum tarixi
Doğum yeri Qəzvin, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Partiyası

Həyatı

Mirzə Hüseynqulu xan Şərif xan oğlu 1832-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, mənşəcə Mafi elinin Bayırvənd tayfasından idi. Bu el Ağaməhəmməd şah Qovanlı-Qacar hökmdarlığının ilk illərində Lorestandan köçürülüb Qəzvində sakin eedilmişdi.

Mirzə Hüseynqulu xan Mafi 1854-cü ildə Xorasanda şahzadə Hüsamüssəltəninin yanında xidmətə başlamışdı. 1870-ci ildə İsfahan əyalətinin pişkarı Əbülfəth mirzənin yanında vəzir olmuşdu.

Mirzə Hüseynqulu xan Mafi 1874-cü ildə Yəzd əyalətinin valisi vəzifəsinə təyin edilmişdi. Ona fəxri Səədəddövlə ləqəbini də lütf etmişdilər.1882-ci ildə Fars əyalətinin valisi yanında vəzir məqamına çatmışdı.

Mirzə Hüseynqulu xan Mafi 1885-ci ildə mərkəzi Zəncan olan Xəmsə əyalətinin valisi vəzifəsinə göndərilmişdi.

Mirzə Hüseynqulu xan Mafi 1888-ci ildə Xuzistan və Bəxtiyari əyalətlərinə valisi vəzifəsinə təyin edilmişdi. 1892-ci ildə yenidən Fars əyalətinə göndərilmişdi.

Mirzə Hüseynqulu xan Mafi 1895-ci ildə ikinci dəfə Xuzistan əyalətinə vali olmuşdu.

Mirzə Hüseynqulu xan Mafi 1906-cı ilin dekabr ayından 1907-ci ilin may ayınadək Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.

Mirzə Hüseynqulu xan Mafi 1907-ci ilin dekabr ayının 21-də baş nazir təyin olunmuşdu. O, bu vəzifədə 21 may 1908-ci ilədək çalışmışdı.

Mirzə Hüseynqulu xan Mafi 1908-ci ildə Tehran şəhərində vəfat edib.

Mirzə Hüseynqulu xan Mafi 3 cildlik xatiratın müəllifidir.

Mənbə

  • Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı, 2011. 624 səh.


Ədəbiyyat

  • G.-H. Afżal-al-Molk, Afżal al-tawāriḵ, ed. M. Ettehadieh and S. Saʿdvandiān, Tehran, 1982.
  • A. Amin-al-Dawla, Ḵāṭerāt-e siāsi, ed. H. Farmanfarmaian, Tehran, 1962.
  • Qəhrəman mirzə Salur ʿAyn-al-Salṭana, Ruznāma-ye ḵāṭerāt, ed. Masʿud Sālur and Iraj Afšār, 10 vols., Tehran, 1995-2001; continuous pagination of vols. I-X.M. Bāmdād, Šarh-e ḥal-e rejāl-e Irān, Vol. 1, Tehran, 1978.
  • G. N. Curzon, Persia and the Persian Question, 2 vols., 2nd ed., London, 1966.
  • M. Ettehadieh (Nezam Mafi), Peydayeš va taḥavol-e aḥzāb-e siāsi-e Mašruṭiyat, dowre-ye yekom va dovvom-e Majles-e Šurā-ye Melli, Tehran, 2nd ed., 2002.
  • Moḥammad-Ḥasan Khan Ṣaniʿ-al-Dawla Eʿte-mād-al-Salṭana, Rūz-nāma-ye ḵāṭerāt-e Eʿtemād-al-Salṭana, ed. Iraj Afšār, 3rd ed., Tehran, 1977.
  • Əhməd Kəsrəvi, Tāriḵ-e Mašruṭe-ye Irān, 15th ed., Tehran, 1990.
  • F. Kazemzadeh, Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism, tr. M. Amiri, Rus va Engelis dar Irān, 1864-1914, Pajuheši dar bāra-ye amperiālism, 2nd ed., Tehran, 1992.
  • Solṭān-ʿAli Khan Māfi, Taḏkerat al-odabāʾ, unpublished M.S.
  • Y. Moḡiṯ-al-Salṭana, Nāmahā-ye Moḡiṯ al-Salṭana, ed. Maʿṣumeh Mafi, Tehran, 1983.
  • A.-Ḥ. Malek-al-Movarreḵin, Merʾāt al-vaqāyeʿ-e Moẓaffari, ed. ʿA.-Ḥ. Navaʾi, 2 vols., Tehran, 2007.
  • Müzəffərəddin şah Qacar, Safar-nāma-ye mobāraka, ed. A. Dehbāši, 2nd ed., Tehran, 1982.
  • ʿA. Ḡ. Najm-al-Molk, Safar-nāma-ye Ḵuzestān, ed. M. Dabirsiāqi, Tehran, 1962.
  • Nazimülislam Kirmani, Tāriḵ-e bidāri-ye Irāniān, ed. ʿA.-A. Saʿidi Sirjāni, 2 vols., Tehran 1978.
  • Ḥosaynqoli Khan Neẓām-al-Salṭana, Ḵāṭerāt va asnād, ed. M. Māfi, M. Ettehadieh, S. Saʿdvandiān, and Ḥ. Rāmpiša, 2nd ed., Tehran, 1982.
  • Pierre Oberling, The Qashqā’i Nomads of Fars, Paris, 1974.
  • P. M. Sykes, Ten thousand miles in Persia, London, 1902, tr.
  • H. Saʿādat Nuri, Safar-nāma-ye Ser Percy Sykes, yā dah hezār mil dar Irān, Tehran, 1984.
  • B. Voṯuqi, Barrasi-e tāriḵi, siāsi va ejtemāʿi-e asnād-e Bandar ʿAbbās, 1226-1321, Tehran, 2008.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.