Mirzə Hüseynov

Mirzə İbrahim oğlu Hüseynov (18 mart 1939, Bakı21 iyun 2020, Bakı) — 1967-ci ildən 1980-ci ilə qədər Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi

Mirzə Hüseynov
Doğum tarixi 18 mart 1939(1939-03-18)
Doğum yeri
Vəfat tarixi 21 iyun 2020(2020-06-21) (81 yaşında)
Vəfat yeri

Həyatı

Hüseynov Mirzə İbrahim oğlu 18 mart 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə "Dinamo" İdman Cəmiyyətində, idmanın müxtəlif növləri üzrə məşqlərə başlamışdır. Xüsusən ağırlıqqaldırma növündə fərqlənərək idman ustası səviyyəsinə qədər yüksəlmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1967-ci ilə qədər dəfələrlə Azərbaycanın və "Dinamo" İC-nin Ümumittifaq Mərkəzi Şurasının çempionu və rekordçusu olmuşdur. Azərbaycan yığma komandasının tərkibində 3 dəfə (1956, 19591963-cü illərdə) SSRİ Xalqlarının Spartakiadalarında Respublikanın idman şərəfini qorumuşdur.

Vəfatı

21 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib.[1]

Fəaliyyəti

İdman və pedaqoji fəaliyyəti

1984-cü ilə qədər davam edən məşqçilik dövründə o, eyni vaxtda müsabiqələrdən keçməklə, 1967-71-ci illərdə ADU-da müəllim, 1971-88-ci illərdə Az.DBTİ-də baş müəllim işləmişdir və 1988-ci ildən dünənə qədər ATU-nun bədən tərbiyəsi və idman kafedrasında dosent vəzifəsində çalışmışdır. 1967-ci ildən 1980-ci ilə qədər o, Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi olmuşdur.

Təltif və fəxri adları

  • "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi";
  • "Beynəlxalq dərəcəli hakim";
  • "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi"[2]

İstinadlar

  1. "Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat edib". 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  2. < Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.