Mirzə Hüseyn bəy Qayıbov

Mirzə Hüseyn bəy QayıbovQarabağ bəyi, həkim, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu.[1]

Mirzə Hüseyn bəy Qayıbov
Mirzə Hüseyn bəy Qayıbov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Atası Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbov
Fəaliyyəti həkim
Fəaliyyət illəri XIX-XX əsrlər

Həyatı

Mirzə Hüseyn bəy 1852-ci ildə Şuşada anadan olmuşdur. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə ilk təhsilini Mirzə Məhəmmədəli bəydən alan Mirzə Hüseyn bəy şəriət elmlərini, ərəb, fars dillərini atasından öyrənmişdir. Mirzə Hüseyn bəy uşaq yaşlarından istedadı, qabiliyyəti ilə yaşıdları arasında seçilmişdir. Orxan Zakiroğlu (Baharlı) qeyd edir ki, Mirzə Hüseyn bəy yeniyetməlik yaşlarında daha çox dünyəvi elmlərə maraq göstərirdi. Qeyri-adi istedadı sayəsində artıq o, bir neçə dil bilirdi. Mirzə Hüseyn bəy Peterburqa oxumağa getməmişdən əvvəl rus dilində danışmağı bacarırdı. O, beş il Peterburq Tibb-Cərrahlıq Akademiyasında təhsil almışdır.[1]

Orxan Zakiroğlunun (Baharlı) araşdırmasına əsasən Mirzə Hüseyn bəy Qayıbov görkəmcə qarabəniz, ortaboy adam idi. Şuşada doktor Mirzə Hüseyn bəy kimi tanınırdı. Orxan Zakiroğlu (Baharlı) yazır ki, Mirzə Hüseyn bəy Qayıbov xalq təbabətinin gözəl bilicisi olduğu üçün onun müalicə üsulu isə əsasən xalq təbabəti idi.[1]

Orxan Zakiroğlu (Baharlı) bildirir ki, Mirzə Hüseyn bəy Qayıbov həyatının sonuna kimi Şuşada həkimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mirzə Hüseyn bəy Qayıbov təxminən 78 il ömür sürmüşdür. O, təxminən 1930-cu ildə Şuşada vəfat etmiş, orada dəfn olunmuşdur.[1]

Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədov ata tərəfdən Mirzə Hüseyn bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəvəsidir.

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mirzə Hüseyn bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəticəsidir.[1]

Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Hüseyn bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın kötücəsidir.

İstinadlar

  1. Orxan Zakiroğlu (Baharlı).Qayıbovlar nəslinin tanınmış həkim övladı. "Bütöv Azərbaycan" qəzeti, 5-11 sentyabr 2012-ci il. №30 (162)

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Qayıbovlar nəslinin tanınmış həkim övladı. "Bütöv Azərbaycan" qəzeti, 5-11 sentyabr 2012-ci il. № 30 (162)
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağlı Qayıbovlar. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 may 2013, № 17 (127)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.