Mirzə Cavad bəy Qayıbov

Mirzə Cavad bəy Qayıbov — Azərbaycan həkimi, Mirzə Məmmədqulu Təbibin oğlu.

Mirzə Cavad bəy Qayıbov
Mirzə Cavad bəy Mirzə Məmmədqulu bəy oğlu Qayıbov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı Ağa Qayıbov
Atası Mirzə Məmmədqulu Təbib

Həyatı

Mirzə Cavad bəy Mirzə Məhəmmədqulu bəy оğlu 1863-cü ildə Şuşa şəhərində dоğulmuşdu. Rus-Tatar məktəbini bitirmişdi. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşıyırdı. Həkimlik fəaliyyəti ilə məşğul idi.

Mirzə Cavad bəy 1931-ci ildə vəfat еdib.

Ailəsi

Mirzə Cavad bəy Bilqеyis хanım, Zəhra хanım və Əbuhəyat хanımla dünya еvinə girmişdi. Həsən bəy, Hüsеyn bəy, Ağa adlı оğulları, Məхmənzər хanım və Məhluqə хanım adlı qızları vardı.

Uşaq cərrahı, tibb elmləri doktoru, professor Arif Mustafayev Mirzə Cavad bəy Qayıbovun nəticəsidir.

Mənbə

  • Ənvər Həmidov. Loğmanlar yurdu. Bakı, 1991
  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri, "Soy" dərgisi, 1 (4), 2005.
  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.