Mirzə Abdulla xan Qəzvini
Mirzə Abdulla xan Mirzə Nəbi xan oğlu Qəzvini (1834-1891) — İranın ictimai xadimi.
Mirzə Abdulla xan Qəzvini | |
---|---|
Mirzə Abdulla xan Əlaülmülk | |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin şəhəri |
Vəfat tarixi | |
Atası | Mirzə Nəbi xan Qəzvini |
Həyatı
Mirzə Abdulla xan Mirzə Nəbi xan oğlu 1835-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. Anası Fətəli şah Qacarın 36-cı qızı Mahnuşləb xanımdır. İbtidai və orta təhsilini Tehranda almışdı. Maliyyə nazirliyində işə başlamışdı.
Mirzə Abdulla xan Qəzvini bir müddət Qəzvin hakimi, şahzadə Əbdüssəməd mirzə Salurun vəziri olmuşdu. (1857)
Mirzə Abdulla xan Qəzvini 1862-ci ildə Həmədan əyalətinin hakimi vəzifəsinə təyin olunmuşdu.
Mirzə Abdulla xan Qəzvini 1876-cı ildə qardaşı Mirzə Hüseyn xanın yanında hərbi işlər üzrə idarənin rəisi işləyirdi.
Mirzə Abdulla xan Qəzvini bir müddət Şahrud və Bistamın hakimi vəzifəsində çalışmışdı. Sonra Mirzə Məhəmməd Qəvamüddövlənin əvəzinə Vəzifələr naziri təyin olunmuşdu. 1884-cü ildən Dövlət İnşaat sahəsinin maliyyə işlərinə rəhbərlik etmişdi. Elə həmin vaxtdan da Böyük Darülşuraya üzv seçilmişdi.
Mirzə Abdulla xan Qəzvini yanvar 1891-ci ildə vəfat edir.
Ailəsi
Mənbə
- Ənvər Çingizoğlu, Qəzvinilər, "Soy" dərgisi, Bakı, 2010, 34-39.