Mirzə Əli bəy Qayıbov
Mirzə Əli bəy Qayıbov — Qarabağ bəyi, dini məhkəmə işlərinə baxan ruhani, şəriət hakimi, Zəngəzur qəzasının qazısı, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu.
Mirzə Əli bəy Qayıbov | |
---|---|
Mirzə Əli bəy Qayıbov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Atası | Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbov |
Fəaliyyəti | din xadimi |
Fəaliyyət illəri | XIX-XX əsrlər |
Həyatı
Mirzə Əli bəy Mirzə Məhəmmədəli bəy oğlu Qayıbov 1838-ci ildə Şuşada anadan olmuşdur. O, atasının dərs dediyi Şuşa qəza məktəbində oxuduqdan sonra, İranda mükəmməl dini təhsil almışdır.
Mirzə Əli bəy Qayıbov bir müddət Şuşa məscidinin axundu olmuşdur. 1886-cı ilin məlumatına görə Mirzə Əli bəy Qayıbov Zəngəzur qəzasının qazısı idi.
Mirzə Əli bəy Qayıbovun Mahmud bəy adlı oğlu olmuşdur.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mirzə Əli bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın nəticəsidir.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Əli bəy Qayıbovun bacısı Pəri xanım Qayıbovanın kötücəsidir.
Mənbə
- Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
- Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
- Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Qarabağlı Qayıbovlar. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 may 2013, № 17 (127)