Mirzə Əli Məhəmmədi
Mirzə Əli — miniatürçü-rəssam
Mirzə Əli Məhəmmədi | |
---|---|
Mirzə Əli Məhəmməd oğlu | |
Fəaliyyəti | rəssam |
Həyatı
Mirzə Əli Ustad Sultan Məhəmmədin oğludur. Atasının nəzarəti altında I şah Təhmasibin kitabxanasında işləyib. Müasirləri onu görkəmli rəssam, məşhur ustad adlandırırdılar. Rəssamın əl işləri dünyanın nüfuzlu kitabxana və muzeylərində qorunub saxlanır.
Mirzə Əlinin erkən yaradıcılığından iki əsəri – Nizaminin "Xəmsə”sinə çəkilən miniatür və I şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə çəkilmiş manuskript (London, Britaniya kitabxanası) dövrümüzə qədər gəlib çıxıb. Onun "İskəndəri şəklindən tanıyan xan qızı Nüşabə”, "Ovçu düşərgəsi” (Metropoliten muzeyi, Nyu-York), "Qızıl zəncir” (Rusiya Milli kitabxanası, Sankt-Peterburq), "Əlində çiçək tutmuş şahzadə” (Sakler muzeyi, Kembric), "Yeddi taxt” (Frir qalereyası, Vaşinqton) əsərləri məlumdur.