Mirzə Əli Ləli

Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim.[1]

Mirzə Əli Ləli
Mirzə Əli Xan Ləli
Təxəllüsü Ləli
Doğum tarixi 1845
Doğum yeri
Vəfat tarixi 1907
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti şair, həkim
Vikimənbənin loqosu Mirzə Əli Ləli Vikimənbədə

Həyatı

Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə[2] dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib. İranın ən məşhur həkimlərindən biri sayılıb.

Ləlinin hikmətli sözləri dillərdə əzbər olub və zərbi-məsəllərə çevrilib. Şair-həkim bir sıra həcvlər də qələmə almışdır. "Şəmsül-hükəma" ləqəbini Müzəffərəddin şahın Təbrizdə vəliəhd olduğu vaxtlarda xəstələrindən birini müalicə edib sağaltdığı üçün alıb və bundan başqa ona vəzifə də verilib.

Məddahlıqla arası olmayan, hürriyyət və azadlıq sevən şair o dövrdə yüksək mənsəb sahiblərinin qüsurlarını öz həcvlərində yazıb. Vaxtının çoxunu səyahətdə keçirib. Əsasən Tiflisə və İstanbula səfərlər edib.

Şeirlərinin çox Azərbaycan türkcəsindədir. Qəsidələri, qəzəlləri, dübeytləri və növhələri vardır.

İstinadlar

  1. Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik" Arxivləşdirilib 2019-07-16 at the Wayback Machine, Bakı, "Nurlan", 2010.
  2. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.