Mirzə Ələkbər Sabirin ev-muzeyi

Mirzə Ələkbər Sabirin ev-muzeyiAzərbaycanın satirik şairi, ictimai xadimi, filosofu və müəllimi, Mirzə Ələkbər Sabirə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şamaxıda, M. Ə. Sabirin yaşadığı evdə (qədim Şıxminas məhəlləsində) yerləşir. Muzey Azərbaycanın görkəmli şairi M. Ə. Sabir irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Mirzə Ələkbər Sabirin ev-muzeyi
Əsası qoyulub 1962
Yenidən təşkil olunub 1979
Ölkə
Yerləşir Şamaxı, Azərbaycan
Ünvan Seyid Əzim Şirvani küçəsi
Telefon +994 20 265 34 63
İş rejimi 09:00–18:00
40°38′02″ şm. e. 48°38′21″ ş. u.
sabirmuseum.az

Tarixi

Muzey 1962-ci ildə şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılmışdır. Muzey ikimərtəbəli binada yerləşir. Muzeyin köhnə binası bir mərtəbədən və 2 ekspozisiya zalıdan ibarət olmaqla yararsız vəziyyətdə idi. Bu bina 1978-ci ildə sökülərək yenidən qurulmuşdur. Yenidənqurma və bərpa işlərindən sonra muzey 1979-cu ildə yenidən ictimaiyyət üçün açılmışdır.[1] Muzey 2017-ci ilin sentyabr ayında divarının uçması nəticəsində bağlanıb və restavrasiyası məqsədi üçün sökülüb.[2]

Ekspozisiya

Muzeyin ümumi sahəsi 293 m2-dir.[1] Onun 6 sərgi salonu[3] və 1 eyvanı vardır.[1] Birinci sərgi salonunda M. Ə. Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda XIX–XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, M. Ə. Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, Molla Nəsrəddin jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.[4]

Həmçinin bax

İstinadlar

  1. "Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev Muzeyi" ( (az.)). ismayilli.mctgov.az. 28 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2018.
  2. "Mirzə Ələkbər Sabirin ev muzeyi sökülüb" ( (az.)). report.az. 26 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2018.
  3. "Mirzə Ələkbər Sabirin Ev Muzeyi" ( (az.)). shamakhi.travel. 28 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 May 2018.
  4. "Şamaxı şəhərində Sabirin ev muzeyi" ( (az.)). anl.az. 1 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.