Mirzə Əbdülbaqi Danişmənd
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi[1]
Mirzə Əbdülbaqi Danişmənd | |
---|---|
Vəfat tarixi | 1629 |
Fəaliyyəti | şair |
Həyatı
Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir.
Vəfatı
Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir.
Yaradıcılığı
Bədii yaradıcılığı
Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur. İsfahanda Şah Abbas məscidinin kitabələrini yazmışdır.
İstinadlar
- "DANİŞMƏND". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.