Mirzə Şəfi Vazeh muzeyi
Mirzə Şəfi Vazeh muzeyi — Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Muzeyin açılışı 2017-ci il noyabrın 10-da baş tutub.[1][2]
Mirzə Şəfi Vazeh muzeyi | |
---|---|
| |
Yerləşir | Gəncə |
Aidiyyatı | Azərbaycan |
Sifarişçi | Heydər Əliyev Fondu |
Əsas tarixlər |
İnşasına başlanılıb: 2016-cı ilin mart ayı. Açılış mərasimi: 2017-ci il noyabrın 10-da |
Sahəsi | 2 hektar |
Muzey haqqında
Şəhərin "Gülüstan" ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatıb.[1][2]
İkimərtəbəli binada sərgi və konfrans zalları, inzibati otaqlar var. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan "Divani-Hikmət" ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb.[2] Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər nümayiş olunur. Muzeydə Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları sərgilənir.[1]
Muzey 2 hektar ərazidə yerləşir. Muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb. Parkda şairin heykəli ucaldılıb.[3] Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.[4]
İstinadlar
- heydar-aliyev-foundation.org. "Gəncədə Mirzə Şəfi Vazeh Muzeyi" (az.). 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- azpress.az. (az.). 30.11.2018 http://azpress.az/index.php?lang=az§ionid=news&id=85096 (#bare_url_missing_title). 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- ganjanews.az. "Gəncənin Mirzə Şəfi Vazeh muzeyi" (az.). 15/10/2018. 2018-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- yenigence.com. "Mirzə Şəfi Vazeh muzeyi" (az.). Hicran Məmmədova. 13/11/2017. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.