Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri[1]

Mirvari Qəhrəmanlı
Mirvari Üzeyir qızı Qəhrəmanlı
Doğum tarixi
Doğum yeri SSRİ, Azərbaycan SSR, Şəki
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Mürşüd Hacıyev
Uşağı

Sara Rәhmanova

Mәtanәt Әzizova
Atası Üzeyir
Dini İslam[1]
Fəaliyyəti insan hüquqları fəalı

İctimai-siyasi fəaliyyəti

SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur[2].

1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir[2].

Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir[2].

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə[3] yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.

Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur.[4]

Ailəsi

Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır[1]. Ana babası təhsil almış molla olub[1][2]. Ailədə 7 uşaq olublar[2].

Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır[5].

2 qız övladı (Mətanət və Sara[2]) və 3 nəvəsi var[5]. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir[6][7].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.