Mirkazım Kazımov
Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.
Mirkazım Kazımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1950 (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub
Evlidir, 2 övladı var