Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955).[1]
Mirhəsən Mirişli | |
---|---|
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyul 1973 |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktyoru |
Mükafatları |
|
Həyatı və təhsili
1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.[1]
Aktyor fəaliyyəti
Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.[1]
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
- "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı — 1944
- "Qırmızı əmək bayrağı" ordeni[1]
İstinadlar
- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 42. ISBN 5-8066-1468-9.