Mirdasilər sülaləsi

Mirdasilər sülaləsi (ərəb. المرداسيون) — Hələb əmirliyini (1024–1080) idarə etmiş sülalə.

Tarixi dövlət
Mirdasilər sülaləsi
مرداسيون
Mirdasilər əmirliyinin ən qüdrətli dövründə dövründəki xəritəsi. 1025-ci il.
Mirdasilər əmirliyinin ən qüdrətli dövründə dövründəki xəritəsi. 1025-ci il.
 
 
1024  1080

Dilləri ərəb dili
Dövlət dini Şiə İslam
Sünni İslam
İdarəetmə forması əmirlik
Əmir
  1024–1029 Saleh ibn Mirdas
  1029–1038 Nəsir Şibl əd-Dəvlə
  1042–1062 Timəl Müizz əd-Dəvlə
Davamiyyət
 
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarakteristika

Mirdasilər əsrlər boyu Şimali Suriyadan yaşamış ərəb əsilli Banu Kilab tayfasından idilər.[1] Sülalənin hökmranlıq etdiyi ərazilərin əhalisi kimi onlar da şiə idilər.[2] Buna baxmayaraq, onlar səlcuq türklərinin Suriyada güclənməsinlər sonra sünniliyi qəbul etdilər.

Mirdasilər Suriyanın X əsrin axırların və XI əsrin əvvəllərində muxtariyyət və ya müstəqillik əldə edən digər ərəb tayfalarından fərqli olaraq, şəhərlərin inkişaf edilməsi ilə maraqlanırdılar. Nəticədə, Hələb şəhəri çiçəklənmə dövrünü yaşayır. Mirdasilər xristianlara qarşı olduqca tolerant yanaşırdı. Onlar xristian tacirlərini Hələb ərazisindən keçməyə icazə vermiş, hətta xristian vəzirlər təyin etmişdir. Bu siyasət dövlətin Bizans imperiyası ilə yaxşı münasibətlərinin olması ilə nəticələnmiş, ancaq müsəlman əhali tərəfindən pis qarşılanmışdır.

Mirdasilərin erkən tarixi Bizans və Fatimilər dövlətlərinin daimi təzyiqi ilə xarakterizə edilir. İkitərəfli diplomatiyadan[lower-alpha 1] və hərbi qüvvədən istifadə edərək uzun müddət hakimiyyətdə qala bilmişdir.

Mirdasilərin yüngül ərəb süvarilərində üstünlüyü var idi və onlar regiondakı tayfalar tərəfindən dəstəklənirdi. Bizans və Fatimilər tədricən səlcuq türkləri ilə əvəz olunmuşdur. Yüngül türk süvariləri ərəbdəkilərdən daha üstün idi. Buna görə də Mirdasilər türk muzdlular götürürdü. Bu isə daha çox problemə səbəb olurdu.

Qeydlər

  1. Mirdasilər bir neçə dəfə Bizansın və Fatimilərin vassal dövləti olmuşdur.

Mənbə

İstinadlar

  1. Burns, Ross. Aleppo, A History. Routledge. 2013. 99. ISBN 9780415737210.
  2. Bianquis 1993, p. 115.

Ədəbiyyat

  • Bianquis, Thierry. Mirdās, Banū or Mirdāsids // Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Pellat (redaktorlar ). The Encyclopaedia of Islam (ingilis). Volume VII: Mif–Naz (New Edition). Leiden: E. J. Brill. 1993. səh. 115–123. ISBN 90-04-09419-9.
  • Heidemann, Stefan. Die Renaissance der Städte in Nordsyrien und Nordmesopotamien: Städtische Entwicklung und wirtschaftliche Bedingungen in ar-Raqqa und Harran von der Zeit der beduinischen Vorherrschaft bis zu den Seldschuken. Islamic History and Civilization. Studies and Texts (alman). 40. Leiden: Brill. 2002. ISBN 90-04-12274-5.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.