Mircəlil Seyidov

Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı.[1]

Mircəlil Seyidov
Doğum tarixi
Doğum yeri Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti Rəssam
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi, Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbi
Mükafatları Azərbaycanın əməkdar rəssamı

Həyatı

1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. [2]

Yaradıcılığı

Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir. M.Seyidovun şah əsəri "Sənət və sənətçilər"dir. Sənətkarın bu əsərində bir bütövlük əks olunub. M.Seyidov rənglər harmoniyasını kətana həkk edə bilir. M.Seyidovun Böyük Britaniyanın məşhur rok musiqi qrupu "Pink Floyd"a həsr etdiyi əsəri bir çox ölkələrdə xüsusi marağa səbəb olub. Ümumiyyətlə, rəssamın yaradıcılığı barədə dünya, xüsusilə də Türkiyə mətbuatında bir çox yazılar dərc olunmuşdur.[3]

Sərgiləri

  • 1972- Naxçıvan rəssamlarının payız sərgisi.
  • 1973- Naxçıvan Gənc rəssamlar sərgisi.
  • 1973- Azərbaycan rəssamlarının Payız jurnalı.
  • 1974- Azərbaycan rəssamlarının Bahar jurnalı (Bakı).
  • 1976- Azərbaycan rəssamlarının Portret sərgisi(Bakı).
  • 1977- Emalatxanadan Bir Rəsm sərgisi (Bakı).
  • 1978- Payız sərgisi (Bakı).
  • 1979- Akademik Naxış Sərgisi Azərbaycan(Bakı).
  • 1980- Naxçıvan rəssamlarının Bakı sərgisi(Bakı).
  • 1981- Gənc rəssamların qarışıq səgisi Azərbaycan (Bakı).
  • 1982- Naxçıvan –Bakı Sənət Ongünlüyü Azərbaycan (Bakı).[4]
  • 1983- Ölkələr arası rəsm sərgisi(Daşkənd).
  • 1983- Moskva Sovetlər Birliyi və Şərqi Almanya gənc rəssamların qarışıq sərgisi
  • 1983- Daşkənd Ölkələr sərgisi.
  • 1984- Bakı və Moskva Azərbaycan rəssamlarının sərgisi.
  • 1985- Sofya və Yalta “Bolqarıstan rəssamların gözü ilə” adlı sərgi.
  • 1986- Polşada Modern natürmort sərgisi .
  • 1987- Bakı və Moskva qarışıq sərgi.
  • 1988- ABŞ-da, Almaniya və Venesuellada qarışıq rəsm sərgisi .
  • 1989- Fransa, İtalya və İsveçdə rəsm sərgisi.
  • 1990- İspaniya, Hollandiya, Avstirya qarışıq rəsm sərgisi.
  • 1990- Azərbaycan rəssamlarının sərgisi(Trabzon).
  • 1990- Azərbaycan rəssamlarının sərgisi.(İstanbul).
  • 1990- Azərbaycan rəssamlarının sərgisi(İspanya).
  • 1991- Sovet rəssamlarının rəsm sərgisi(Avstralya,Suriya).
  • 1992- Sovet rəssamları rəsm sərgisi (Venesuela).
  • 1993- Tekel şərq sərgisi(İstanbul, İzmir, Ankara).
  • 1995- Ziraat Bankası qalereyası ,1996-Gözəl sənətlər sərgi salonu (Ankara).
  • 1997- Milli Piyanqo sənət qalereyası(Ankara).
  • 1997- Vakıf Bank sənət qalereyası (İstanbul).
  • 1998- İş Bankası sənət qalereyası (İstanbul).

İstinadlar

  1. Mircəlil Seyidov
  2. "Rəssamın pərvanələri". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  3. "Naxçıvan rəssamlarının portret yaradıcılığı (1950-1990)". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  4. "Bakıda tanınmış rəssam Mircəlil Seyidovun fərdi sərgisi açılmışdır". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.