Miranşahi ailəsi
Miranşahi ailəsi — Bayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Miranşah Teymuri ilə Uzun Həsənin qızı Rüqəyyə Sultanın evliliyindən ortaya çıxmışdır.[1]
Miranşahi ailəsi | |
---|---|
Titul | Bəy |
Əcdadı | Əmir Teymur və Uzun Həsən |
Mənşəyi | Ağqoyunlu imperiyası |
Təbəəliyi | Ağqoyunlu imperiyası |
Baysunqur hakimiyyətə gələrkən reaksiyaları
Sultan Yaqub Qarabağdakı düşərgədə öldükdən sonra Sufi Xəlilin yardımı ilə oğlu Baysunqur hakimiyyətə gəldi. Baysunqurun taxta çıxışında Miranşahi ailəsinin dəstəyi mühüm rol oynamışdı. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Miranşahilərin daxil oldğu koalisiya məğlub oldu.[2]
Həmçinin bax
İstinadlar
- Woods, 1999. səh. 194
- Woods, 1999. səh. 151
Mənbə
- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press. 1999. ISBN 978-0874805659.